Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

14:14 - 21 / 09 / 2020
Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi. Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə" sənədin müzakirəsi daxil edilib.

1news.az Trend-ə istinadən bildirir ki, qanun layihəsinə təklif olunan dəyişiklikləri ətraflı şərh edən Bəxtiyar Əliyev qeyd etdi ki, sənəd "Publik hüquqi şəxslər haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. Müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanunun 16.2-ci maddəsi isə "Təhsil haqqında" qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Komitə üzvləri Musa Qasımlı, Rafael Hüseynov, Etibar Əliyev, Müşfiq Məmmədli, Kamilə Əliyeva, Şahin Seyidzadə, Ceyhun Məmmədov sənədlə bağlı qeyd və təkliflərini bildirdilər.

Sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi məqsəduyğun hesab edildi.

Sonra onlayn toplantıda komitənin cari işləri ilə bağlı fikir mübadiləsi aparıldı. "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun tərkibinə dəyişiklik müzakirə olundu və təsdiq edildi. Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər