Polis reyd keçirdi: küçəni zibilləyənlər 40 manat cərimə olundu, dilənçilər təqib edildi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis reyd keçirdi: küçəni zibilləyənlər 40 manat cərimə olundu, dilənçilər təqib edildi – VİDEO

10:54 - 23 / 07 / 2019
Polis reyd keçirdi: küçəni zibilləyənlər 40 manat cərimə olundu, dilənçilər təqib edildi – VİDEO

Binəqədi Rayon Polis İdarəsi kompleks əməliyyat-profilaktik maarifləndirmə tədbiri həyata keçirib.

Tədbir çərçivəsində vətəndaşlara ətraf mühitin mühafizəsi, həyat və sağlamlıq məsələləri ilə bağlı izahlar verilib, inzibati xətaya yol verməni vərdişə çevirənlərə cərimələr tətbiq edilib.

Binəqədi rayon Polis İdarəsinin rəhbər heyyətinin iştirakı ilə başlanan tədbir çərçivəsində rayonun əsas küçələrində ümumi görünüşə xələl gətirən, binaların fasadlarında asılan qurutma zivələri ilə bağlı tədbirlər görülüb.

Polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıblar.

Həmin şəxslərlə proflaktik söhbətlər aparılıb, yaşayış yerləri müəyyən olunub, qeydiyyat ünvanları yoxlanılaraq həmin rayonlara qaytarılmaları təmin edilib.

Belə aydın olur ki, avaraçılıq və dilənçiliyi peşəyə çevirən bu şəxslər Binəqədi ərazisində mənzil kirayələyirlər. Heç bir şəraiti olmayan belə mənzillərdə 10-12 avara və dilənçi gecələyir.

Əsasən şərəhərin mərkəzi küçələrinə “yürüş” edib dilənirlər. İşləmək, əziyyətə qatlaşıb pul qazanmaq haqda heç düşünmək belə istəmirlər.

Küçələrə düşüb dilənməkdir peşələrinin adı. Polislərin proflaktik söhbətləri də belə görünür ki, bu adamlara xoş deyil. Naəlac dayanıb söhbətə qulaq asır, tezliklə gəldikləri rayona qaytarılacaqları saatı gözləyirlər. Yenidən Bakıya qayıtmayacaqlarını da kimsə söyləyə bilməz.

Küçələrdə ticarətlə məşğul olanlar da tədbir çərçivəsində  maarifləndirici söhbətlərə cəlb olundular.

İzah edildi ki, ticarətlə xüsusi ayrılmış bazarlarda, Kənd Təssərrüfatı Nazirliyinin təşkil etdikləri yarmarkalarda rahat şəkildə məşğul ola bilərlər. 57 belə fakt müəyyən edildi.

Binəqədi rayonunda antisanitariya ilə bağlı 15 fakt üzə çıxarıldı.

Tədbirdə iştirak edən hüquq mühafizə orqanı əməkdaşlarının sözlərindən belə atdın oldu ki, bəzi sakinlər küçələrin təmiz saxlanılması kimi tələbləri qulaqardı etməyi vərdişə çeviriblər.

Küçələrin zibillənməsi, ərazidə təmizlik normalarının pozulması, epidomoloji fonun çirklənməsi də reydlərdən kənar qalmayıb.

Kompleks əməliyyat-profilaktik tədbirlər çərçivəsində antisanitariya faktları da müəyyən olundu.15 inzibati xəta haqda protokol tərtib olunub.

İlk dəfə belə xətaya yol vermiş vətəndaşlara xəbərdarlıq elan olundu. Bəzi vətəndaşlara isə yol verdikləri antisanitariya əməlləri dəfələrlə təkrar etdiklərinə görə cərimə olundular.

40 manat cərimə küçələri natəmiz saxlamaq vərdişinin yadırğama üçün keçərli üsul hesab olunur.

Belə cərimə ödəyən vətəndaşlar növbəti dəfə zibili küçəyə atmazdan əvvəl ciblərində artıq 40 manat olub-olmamasını aydınlaşdırmaq zorunda qacaqlar.

Müxtəlif cinayətlər törətdiklərinə görə 16 nəfər axtarışda olan saxlanılıb.

Yol hərəkəti qaydaları əleyhinə olan xətalar ümumi rayon ərazisindəki xətaların cəmindən artıqdır.

Tədbirlər çərçivəsində keçirilən reydlər zamanı sürücülərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı 94 fakt, sükan arxasına sərxoş halda keçən 3, 1 avtoxuliqan, piyadaların yolun müəyyən edilməyən hissədən keçmələri ilə bağlı 54 fakt müəyyən olunaraq qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq tədbir görüldü.

Piyadaların yolun nəzərdə tutulmayan hissəsindən keçmələri, xüsusilə öz həyatlarını riskə ataraq yola çıxmaları dəfələrlə qəza şəraitinin yaranması ilə müşayət olundu.

Hüquq mühafizə orqanı əməkdaşlarının maarifləndirici söhbətlərinə, piyadaların yolun nəzərdə tutulan hissəsindən – zebradan keçməli olmaları iradlarına  “tələsirəm” deməklə haqq qazandıran piyadalar az deyildi.

Həyatlarını riskə atmalarına, sürücülərin həyatını alt-üst edəcək addımlarına haqq qazandırmaq üçün tələsdiklərini dönə-dönə deyir, tələskənliyin həyatları bahasına başa gələcəyinin fərqinə də varmırdılar.

Yolda tələskənliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı proflaktik söhbətlər vətəndaşların taleləri haqda düşünməyə bir vasitə idi.

Ümumilikdə gün ərzində 100-lə Binəqədi sakini ilə həyat və sağlamlıq üçün maarifləndirici söhbətlər aparıldı, inzibati xəta hərəkətlərinə yol verməmələri izah olundu.

<iframe width="650 height="420" src="https://www.youtube.com/embed/dXc9-LXfV3s" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Yeni Müsavat

S.Xankişiyeva

 

Paylaş:
870

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18
Bütün xəbərlər