Politoloq: Lavrov Dağlıq Qarabağ tənzimlənməsinin mərhələli həll variantının yeni modelini ortalığa qoydu | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Lavrov Dağlıq Qarabağ tənzimlənməsinin mərhələli həll variantının yeni modelini ortalığa qoydu

09:35 - 18 / 11 / 2019
Politoloq: Lavrov Dağlıq Qarabağ tənzimlənməsinin mərhələli həll variantının yeni modelini ortalığa qoydu

Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı bəzi bəyanatları əksər siyasətçilər tərəfindən düzgün başa düşülmədi.

Lavrov Yerevana gələnədək Dağlıq Qarabağın statusunun müəyyən olunmasını az qala zəmanənin ən qəliz, mürəkkəb məsələsi adlandırmışdı. Yerevanda keçirdiyi mətbuat konfransında suallara verdiyi cavabdan onun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının daha da çətinə salınması istiqamətində fəaliyyət göstərməsi bəlli oldu. Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın ortalığa qoyduğu bütün variantlar həmişə mərhələli həll variantına söykənib. Azərbaycan da mərhələli həll variantının əleyhinə deyil. RF indi mərhələli həll variantının ikinci mərhələsini, yəni statusun müəyyən olunmasını qəlizləşdirib daha uzun müddətə dondurulmuş vəziyyətdə saxlamaq istəyir.

Lavrova görə Dağlıq Qarabağın statusunun müəyyən olunmasının uzun illər boyu təxirə salınmasında əsas rol Ermənistana məxsusdur; Ermənistan statusun müəyyən olunmasına imza atmasa, sənəd də qəbul edilməyəcək. Lavrov Rusiyanın uzun müddət Ermənistanı idarə edə biləcəyinə arxayındır. Hətta Lavrovun nəzərdə tutduğu bu uzun müddət içərisində Ermənistanın özünün Rusiyanın tərkibinə daxil olması ehtimali daha böyükdür. Lavrovun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının yubadılmasında ermənilərdə arxayınçılıq yaratmaqda əsas məqsədi birinci mərhələnin sürətli həllinə nail olmaqdır. Birinci mərhələyə görə Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.

Kommunikasiyaların açılması RF üçün indiki halda ən həlledici məqamdır. Mehri dəmir yolunun açılması Rusiyanın cari və strateji siyasəti üçün imperativə çevrilib. Yaxın Şərq regionunda yeni tipli aktiv proseslər başlayıb və bu zaman İran və Türkiyənin sərhədləri boyunca Rusiyanın zirehli qatarlarının hərəkət imkanı ən zəruri məsələyə çevrilir. Ermənistan dövlət olaraq, ermənilər xalq olaraq sıradan çıxacaq, amma Rusiya Mehri dəmir yolunu açacaq. Başqa variantı ola bilməz.

Mehri dəmir yolunun açılmasına Azərbaycan sevinməsə də, maneçilik də etməyəcək. Çünki Ermənistanın müttəfiqi hesab olunan bəzi region dövlətləri tərəfindən yaradılan risk Azərbaycan üçün kifayət qədər təhlükəlidir və Azərbaycan bu riski Rusiyanın iştirakı olmadan həll edə bilməz.

Hal-hazırda da ortalıqda regional təhlükəsizlik arxitekturası ilə bağlı yeni bir şey yoxdur. İran və ya digər dövlətlər yeni bir arxitektura təklif edəcəksə, buna inamın yaranması üçün illər lazımdır. Buna görə Azərbaycan Mehri dəmir yolunun fəaliyyətə başlamasında maraqlıdır və söhbət təkcə Azərbaycanın Ermənistana gedən yükləri nəzarət altında saxlamasından, Azərbaycanın iqtisadi baxımdan pul qazanmasından getmir. Həm də Azərbaycan üçün təhlükəsizlik məsələsidir.

S.Lavrov statusun müəyyən olunmasında erməniləri arxayın salır ki, Dağlıq Qarabağ tənzimlənməsinin birinci mərhələsi başlasın. Başqa sözlə, ermənilər əmin olsun ki, Dağlıq Qarabağın taleyi həll olunmur. Amma 7 rayon Azərbaycana qaytarılır və məcburi köçkünlər bu rayonlarda yaşayır.

Erməni psixologiyası buradan hansı nəticəni çıxarcağı bəlli məsələdir. Mehri dəmir yolunun açılmasının Rusiya üçün imperativ olmasını da erməni psixologiyası çox əla qavrayır. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin yaxında yeni geri çəkilmələri şəksizdir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
436

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər