Politoloq: Paşinyan ermənilər və azərbaycanlılar arasında referendum keçirməyi təklif edir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan ermənilər və azərbaycanlılar arasında referendum keçirməyi təklif edir

09:45 - 11 / 10 / 2019
Politoloq: Paşinyan ermənilər və azərbaycanlılar arasında referendum keçirməyi təklif edir

Ermənistanın Baş naziri N.Paşinyanın “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə variantı Dağlıq  Qarabağ, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır” tezisi digər prizmalardan da diqqəti çəkir. Bu tezis ilk növbədə ATƏT MQ-nin 25 illik fəaliyyətinə ziddir və ATƏT MQ-ni tənzimlənmədən qovur.

N.Paşinyan bu tezisi hətta BMT Baş Assambleyasının tribunasından desə də təklifinin hansı mexanizm üzrə razılaşdırılacağını açıqlamır. Bəlkə də belə mexanizm barədə düşünməyib. Çünki qeyri-ciddi və aşağı intellektlidir. Belə halda ən universal mexanizm referendumdur-Dağlıq Qarabağ münaqişəsi regionunda  yaşayan ermənilər və azərbaycanlılar arasında referendum. Vaxtaşırı Azərbaycanda referendumla bağlı buna bənzər fikirlər səsləndirilib; Dağlıq Qarabağın statusu ilə bağlı referendum Aran və Dağlıq Qarabağda birlikdə keçirilsin, 1 milyon azərbaycanlı və təxminən 150 min erməni bu referendumun iştirakçıları olsun. Azərbaycanda bu ideyaya o qədər də ciddi yanaşan olmadı, çünki bilirdilər ki, erməni tərəfi buna razılıq verməyəcək. İndi fərqli vəziyyətdir: Təklifi N.Paşinyan irəli sürüb və geri çəkilmir.

Dağlıq Qarabağ münaqişəsi regionunda rəsmi məlumatlara görə 10 milyon nəfər azərbaycanlı və təxminən 3 milyon nəfər erməni yaşayır.

Beləliklə, N.Paşinyan regionda faktiki yaşayan 7, 8 milyon nəfər azərbaycanlıdan tutaq ki, 4 milyon azərbaycanlı seçici və təxminən 2 milyon nəfər ermənidən tutaq ki, 1,4 milyon seçicinın iştirakı ilə referendum keçirilməsini təklif edir. Bu 2 milyon nəfər ermənidən 120 mini Dağlıq Qarabağda, qalanı isə Ermənistanda yaşayan ermənilərdir.

Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimal ki, erməni xalqını da qane edər. Erməni xalqı da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasından bezib. Əgər Dağlıq Qarabağ münaqişəsi vaxtilə həll olunsaydı, hər halda Ermənistanın başında Paşinyan kimi intellektsiz, qisasçı şəxs oturmazdı.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
553

Son xəbərlər

CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15
Bütün xəbərlər