Prezident İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib - YENİLƏNİB

18:06 - 13 / 06 / 2019
Prezident İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han bu gün iştirak etdikləri V Azərbaycan-Avropa İttifaqı Biznes Forumuna toxunaraq, buraya xeyli sayda iştirakçının gəlməsini bu tədbirə verilən önəm kimi dəyərləndirdi və Forum çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı çox səmərəli müzakirələrin aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər sahələrdə nailiyyətlər əldə edildiyini vurğulayaraq, bütün bunların ölkənin davamlı iqtisadi inkişafı üçün yaxşı əsas yaratdığını dedi.

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirdi və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğuladı. Qonaq onu da qeyd etdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların yekunlaşması əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verəcək. O, Azərbaycanın Avropa İttifaqı üçün enerji sahəsində əsas strateji tərəfdaş olduğunu bildirdi və Cənub Qaz Dəhlizi layihəsinin qısa zamanda yekunlaşacağına əminliyini ifadə etdi. Komissar Yohanes Han, həmçinin qeyd etdi ki, Azərbaycan Avropanı geniş Avrasiya məkanı ilə birləşdirən mühüm nəqliyyat dəhlizidir və bu sahədə saziş və layihələrin imzalanması və həyata keçirilməsinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də vacibliyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.

1news.az

Paylaş:
490

Son xəbərlər

Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47
Bütün xəbərlər