Prokurorluq orqanlarının adından sui-istifadə edən şəxslər ifşa edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq orqanlarının adından sui-istifadə edən şəxslər ifşa edildi

16:32 - 31 / 05 / 2020
Prokurorluq orqanlarının adından sui-istifadə edən şəxslər ifşa edildi

Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, əvvəllər Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla Samir Nəsirovun Bakı şəhər sakinləri Kənan Nəsrullayev və Nurlan Abbasovla qabaqcadan əlbir olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərinə görə Samir Nəsirov Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri, Kənan Nəsrullayev və Nurlan Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb.

İş üzrə istintaq yekunlaşdırılmaqla 31 may 2020-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bundan sonra da bu kateqoriyadan olan cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Qafar Ağayev

Paylaş:
656

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər