Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı | 1news.az | Xəbərlər
Siyasət

Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı

18:41 - 22 / 10 / 2020
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı

Qürurla bildiririk ki, 20 oktyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə video müraciəti yayımlanmışdır.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilmişdir.

Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq etmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbrsizliklə gözləyir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

S.Xankişiyeva

 

Paylaş:
304

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər