Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz | 1news.az | Xəbərlər
Siyasət

Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

21:26 - 22 / 10 / 2020
Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib.

“Biz bir çox illər ərzində vəziyyəti uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə bu böhranın həlli üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu, gərgin iş idi. Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım və biz həll yolunu tapacağıq. Təəssüf ki, bu, baş vermədi və bu gün biz ən pis formada olan bir qarşıdurma ilə üz-üzəyik. Faciə də ondan ibarətdir ki, insanlar həlak olur”, - deyə Prezident qeyd edib.

Putin bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəlmişdilər. Ayın 23-də onlar Vaşinqtonda görüşürlər. “Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə fəaliyyət göstərəcək, nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək”, - deyə o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Qarabağdakı vəziyyət üçün xüsusi məsuliyyət hiss edir, münaqişənin hər iki tərəfi üçün məqbul kompromislər tapmaq lazımdır.

S.Xankişiyeva

 

Paylaş:
326

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər