“Qarabağ” altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib – VİDEO

09:19 - 30 / 08 / 2019
“Qarabağ” altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib – VİDEO

Avqustun 29-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə cavab görüşü keçirib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qarabağ” komandası iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanın ilk dəqiqələrindən rəqibin qapısını təzyiq altında saxlayan “Qarabağ” bir neçə dəfə hesabı açmağa yaxın olub. Görüşün 6-cı dəqiqəsində Xayme Romeo komandasının ilk qolunu vurub - 1:0.

Matçın 88-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. Oyuna yenicə daxil olmuş Qara Qarayevin ötürməsini Abdulla Zubir qola çevirib. Lakin əsas vaxta əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələyə çıxmasına mane olmayıb.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
589

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər