Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq

13:42 - 19 / 01 / 2021
Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq

Qarabağ Dirçəliş Fondu bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq təkliflər hazırlayacaq.

1news.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Qarabağ Dirçəliş Fondunun vəzifələri sırasına bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədilə vəsait toplanması üçün ölkə daxilində və ölkə xaricində təşviqat işi aparmaq, çevik kommunikasiyalar qurmaqla, işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək və bu işə dövlət orqanlarını (qurumlarını), habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb etmək, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləmə, bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin, nəqliyyat infrastrukturunun layihələndirilməsi və inşası üçün müqavilələrin bağlanmasında iştirak etmək, investisiya layihələrinin seçilməsini, idarə edilməsini və həmin layihələrin icrasına nəzarəti həyata keçirmək, Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək və digər formada, o cümlədən innovativ maliyyə alətlərindən istifadə etməklə, sərmayələrin cəlb olunması üzrə fəaliyyət göstərmək, Azərbaycan Respublikasının və xarici ölkələrin qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq etmək, onlarla birgə layihələr həyata keçirmək, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən, habelə digər mənbələrdən cəlb edilən vəsaitdən səmərəli şəkildə istifadə etmək, dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmə də daxildir. 

1news.az

Paylaş:
332

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər