Qarabağa həsrət qalan Qarabağ atları - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağa həsrət qalan Qarabağ atları - VİDEO

13:22 - 13 / 07 / 2019
Qarabağa həsrət qalan Qarabağ atları - VİDEO

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb.

İngilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb. Qarabağ atları barədə  qədim yunan tarixçisi Herodotun məşhur  “Tarix” əsərində,  Kitabi-Dədə Qorqud dastaında,  rus rəssamı Vasili Vereşşaqinin qeyidlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı video çarxda bu atların keçmişindən də bəhs olunur. “Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər.  Burda həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki,  "Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-ci ildə UNESCO-nun “Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi”.

Video çarxda daha sonra vaxtı ilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur. “XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdilər. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə isə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüblər. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kralica II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib”. 

Video çarxda Qarabağ atlarının xüsusiyyətləri haqda qeyd edilir ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mill şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar. Bu atlar heç vaxtı döyüş meydanında yaralı sahibini atıb getməyib.

Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlər boyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasada öz spesfikliyini qoruyub saxlayıb.

Video çarxın müraciət bölümündə isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir. Təssüflər olsun ki, min illər boyu Qafqazın Şərq ətəyində yetşdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə nə də onun səfalı təbiətində gəzə bilirlər. “Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabər  Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.

1news.az

Paylaş:
2025

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər