1news.az

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

19 İyul saat 10:17 bir dəqiqəlik oxu 160
Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.

1news.az xəbər verir ki, onun imzaladığı sərəncamla o, Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində çalışıb.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net