1news.az

Qiyməti 1,6 milyard dollar olan yeni superkompüter hazırlanır

21 Fevral saat 16:13 ~ 1 dəqiqəlik oxu 229
Qiyməti 1,6 milyard dollar olan yeni superkompüter hazırlanır

Böyük Britaniya hökuməti dəyəri 1,6 milyard dollar olan superkopmpüter hazırlayacaq. Hazırlanacaq superkompüter hava proqnozunu daha dəqiq müəyyənləşdiirlməsinə imkan verəcək.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın biznes, energetika və  sənayenin strategiyasə məsələləri  üzrə nazirliyi  məlumat yayıb. "Yeni texnologiyanın  köməyi ilə vaxtında hava proqnozunu müəyyən edə biləcəyik. Bu iqlim dəyişikliklərinin baş verdiyi bir mərhələdə çox vacibdir"- nazirliyin meteoroloji xidmətinin  icraçı drektoru Peni Endersbi deyib.

Yeni superkompüter 2022-ci ilədək hazır olacaq.

Mütəxəssislərin fikrincə, yeni superkompüter hazır olduqdan sonra  tufanların, daşqınların vuracağı ziyanın həcmini azaltmaq mümkün olacaq.
Yeni kompüter Britaniya  hökumətinin eyni zamanda  qlobal istiləşməyə qarşı mübarizəsinin  tərkib hissəsi hesab olunur.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Texnologiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net