Qubada dağlıq ərazidə uçuruma düşən turist xilas olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada dağlıq ərazidə uçuruma düşən turist xilas olunub

10:08 - 20 / 08 / 2019
Qubada dağlıq ərazidə uçuruma düşən turist xilas olunub

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında dağlıq ərazidə uçurumda köməksiz vəziyyətdə qalan turist Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas olunub.

1news.az xəbər verir ki, avqustun 19-u saat axşam saatlarında dağa gəzməyə çıxan 38 yaşlı Sumqayıt şəhər sakini Bəhruz Fikrət oğlu İsmayılov dəniz səviyyəsindən 800 metr yüksəklikdəki ərazidə yolu azaraq uçuruma düşüb.

Çıxılmaz vəziyyətə düşən B.İsmayılov bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat verib. Dərhal FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əraziyə gələn xilasedicilər kənd bələdçisinin iştirakı ilə vətəndaşın olduğu dağa yollanıblar. Çətin relyefli dağlıq ərazidə təxminən 2 kilometr yol getdikdən sonra Bəhruz İsmayılovun köməksiz vəziyyətdə qaldığı uçurum tapılıb. Bir neçə saat sürən əməliyyatdan sonra xilasedicilər B.İsmayılovu ərazidən çıxara biliblər.

Uçurumdan çıxarılan zaman Bəhruz İsmayıov halsız vəziyyətdə olub. Kömək gələnədək özü xilas olmağa cəhd etdiyindən əsasən ayaq nahiyəsindən xəsarətlər alıb.

Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək, təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına göndəriblər.

1news.az

 

 

Paylaş:
508

Son xəbərlər

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59
Bütün xəbərlər