Rəsmi Moskva döyüşlərin qızğın vaxtında Ermənistanı silah-sursatla təchiz edir: bu, vasitəçilərin dəyişdirilməsi üçün səbəb ola bilərmi? – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Moskva döyüşlərin qızğın vaxtında Ermənistanı silah-sursatla təchiz edir: bu, vasitəçilərin dəyişdirilməsi üçün səbəb ola bilərmi? – FOTO

18:21 - 15 / 08 / 2020
Rəsmi Moskva döyüşlərin qızğın vaxtında Ermənistanı silah-sursatla təchiz edir: bu, vasitəçilərin dəyişdirilməsi üçün səbəb ola bilərmi? – FOTO

Ermənistana Rusiya istehsalı olan silahların satışı yeni mövzu deyil: mütəmadi olaraq, silah satışı haqqında faktlar ortaya çıxır, heç rəsmi Moskva da bunu inkar etmir.

Bu dəfə Ermənstana böyük həcmdə hərbi yüklərin çatdırılması haqqında xəbərlər Azərbaycan ictimaiyyətində narazılıqla qarşılandı, çünki bu yüklər iyul ayının ortalarında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlər başladıqdan dərhal sonra göndərilmişdi.

Mənbələrdən əldə olunmuş məlumatlara əsasən, ümumilikdə silah-sursatın daşındığı 7 reys həyata keçirilib: onlardan ikisi ağır döyüşlərin getdiyi bir vaxtda - iyulun 17-də, digərləri isə, iyulun 18-i, 20-si, 27-si, 29-u və avqustun 4-ü həyata keçirilib. Sonradan məlum oldu ki, avqustun 6-da daha bir oxşar reys həyata keçirilib. Ümumilikdə, Ermənistana 400 ton həcmində hərbi yüklər, o cümlədən, ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri olan "Krasuxa”, "Avtobaza-M” və "Nebo-M” sistemləri, repitorlar və s. çatdırılıb.

Gürcüstan bu məsələdə prinsipiallıq nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə icazə vermədiyindən, bütün reysləri dolayı yolla – Qazaxıstan, Türkmənistan və İran ərazisindən keçməklə (hava yolu ilə əlavə 1500 km), həyata keçirmək məcburiyyətində qalıblar.

Azərbaycan artıq Qazaxıstan, Türkmənistan və İrana məsələ ilə bağlı narahatlığını ifadə edib. Avqustun 12-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İlham Əliyev iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Vladimir Putinin diqqətinə çatdırıb. Prezident həmçinin, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki vətəndaşımızın həlak olduğu barədə məlumat verib.

Azərbaycanın aparıcı siyasi icmalçısı Tofiq Abbasovun fikrincə, iki ölkə prezidenti arasında telefon danışığının baş tutması faktının özü Prezident İlham Əliyevin beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdiyindən xəbər verir. 

“Rəsmi Bakı Moskva ilə qarşılıqlı münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış edir. Hazırda Azərbaycan kiçik qardaş rolunda deyil ki, kimsə bizə şərtləri diqtə etsin”, - Tofiq Abbasov deyib.

Məşhur “Kremldə 1 qüllə yoxdur” kəlamını misal gətirərək, o istisna etməyib ki, Rusiya Federasiyasının hakim eşalonlarında boşluqlar mövcuddur və Ermənistanın müasir silah-sursatla təchizatı Qarabağ böhranının sülh yolu ilə həll edilməsinə çalışan siyasi dairələrin səylərinə zidd olaraq aparılır.

Buna misal olaraq, yaxın keçmişdən bir misal gətirək. 1997-ci il aprelin 2-də RF Dövlət Dumasının qapalı iclasında rusiyalı siyasi və hərbi xadim general Lev Roxlin Yeltsin Rusiyasının Ermənistana qanunsuz olaraq 1 milyard dollar dəyərində silah və hərbi texnika ötürməsi ilə bağlı məsələ qaldırmışdı. O müəyyən etmişdi ki, Ermənistana silahlar zavod yağlanmasından yeni çıxmış göndərildiyi halda sənədlərə görə, hər şey metal tullantıları qiyməti ilə silinir.

Ermənistana texnika, silah və sursatın qəbulu və təhvil verilməsini Ermənistan Respublikası Müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə keçmiş müavini general-mayor A. Stepanyan başçılıq edirdi. Roxlin Dövlət Dumasına hesabat verərkən malik olduğu məlumata görə, Rusiyanın Ermənistana silah tədarükü nəticəsində maddi itki 1 milyard dollara yaxın təşkil etmişdi.

General Lev Roxlin həmin vaxt Azərbaycanın uzun illər təkidlə bildirdiyi fikri açıq şəkildə təkrarlayırdı - Rusiya münaqişə tərəflərindən birini silahlandırır və bununla da Cənubi Qafqazda daha da güclü alovlanmaya səbəb olur.

Rəsmi Yerevan münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışır

Ermənistanın Azərbaycanla sərhəddin Tovuz istiqamətində törətdiyi hərbi təxribata Rusiyanın siyasi təmkimlilik nümayiş etdirdiyini qeyd edən tanınmış azərbaycanlı politoloq İlqar Vəlizadə vurğulayıb ki, rəsmi Yerevan sərhəddə vəziyyəti kəskinləşdirməklə Rusiyanı “öz çirkin təxribatlarlarına” sürükləmək, həmçinin, rəsmi Moskva ilə Bakı arasında münasibətlərdə gərginlik yaratmaq istəyir.

“Ermənistan tərəfi hazırda Azərbaycan ərazisində Türkiyə ilə birlikdə aparılan genişmiqyaslı hərbi təlimlərdən Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün bəhanə kimi istifadə etməyə çalışır ki, nəticədə təkcə Azərbaycanla Rusiya arasında deyil, həmçinin, regionda Rusiya ilə Türkiyə arasında gərginlik yaransın”, - o “1news.az”a müsahibəsində bildirib. 

Politoloqun sözlərinə görə, rəsmi Yerevanın Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığı müəyyən təhlükə kimi təqdim etmək cəhdləri əsassızdır, çünki aparılan təlimlər nə Rusiyanın, nə də digər hər hansı ölkənin maraqlarına qarşı yönəlməmişdir. Təlimlər Azərbaycan ordusunun hərbi hazırlığının yüksəldilməsinə və rəsmi Bakı ilə Ankara arasında əməkdaşlığın hərbi-siyasi tərəfinin möhkəmləndirilməsinə yönəlmişdir. Bu təlimlər, eyni zamanda, erməni tərəfinin təxribatına da cavabdır.

Ilqar Vəlizadə əmindir ki, işğal altında olan torpaqlarını azad etmək üçün Azərbaycanın xarici köməyə ehtiyacı yoxdur. “Azərbaycan kifayət qədər güclü orduya malikdir və bu vəzifənin öhdəsindən özü gələ bilər. Bu səbəbdən, təəssüf ki, bu cür təxribatlar yalnız regional siyasətdə gərginliyə səbəb olur və sülhün tezliklə əldə olunmasına mane olur”, - deyə o bildirib.

Dünya ordularının hazırlıq səviyyələrini müqayisə edən beynəlxalq reytinqlərdə Azərbaycan ordusunun təchizatı və hərbi hazırlığı, bir qayda olaraq, yüksək qiymətləndirilir. Bu cür reytinqlərdən biri olan “Global Firepower Index” reytinqinin ötənilki siyahısında Azərbaycan ordusu hərbi qüdrətinə görə, dünyanın 137 ölkəsinin ordularının yer aldığı siyahıda 52-ci yerdə göstərilmişdir.

Bu reytinqdə Azərbaycan özünün hərbi qüdrətinə görə təkcə Cənubi Qafqaz regionu üzrə qonşularını – 85-ci yerdə olan Gürcüstanı və 96-cı yerdə qərar tutan Ermənistanı deyil, həmçinin, Avstriya, Finlandiya, BƏƏ, Belçika və s. kimi inkişaf etmiş ölkələri qabaqlamışdır.

Politoloq Tofiq Abbasov da Azərbaycanın hərbi qüdrəti haqqında eyni fikirdədir.

“Rusiya Ermənistana silah tədarükünü regionda hərbi balansın qorunması ilə əsaslandırır. Qoy, Ermənistan bu dəfə 400 ton silah-sursat alsın. Amma hətta bundan 10 dəfə artıq silah-sursat alsa belə, hərbi-texniki baxımdan güc balansı Ermənistanın xeyirinə dəyişəsi deyil.

Azərbaycan qat-qat daha güclü və hazırlıqlıdır və işğalçıya qarşı uzunmüddətlə hərbi əməliyyatlar aparmaq iqtidarındadır. Rusiyanın siyasi və hərbi dairələri reallıqlardan müvafiq nəticələr çıxarmalıdır. Onlar artıq dəyişib və yeni şərtlər diqtə edirlər”, - deyə o bildirib.

Vasitəçilərin formatını dəyişməyin vaxtı çatıb?

“Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya belə bir çirkin işdə pis vəziyyətdə yaxalanıb. Sülhməramlı formatda iştirak edən və Qarabağ probleminin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu bəyan edən ölkənin Azərbaycana psixoloji təzyiq göstərməyə çalışaraq, birdən-birə işğalçını silah-sursat və texniki vasitələrlə təmin etməyə başlamasını necə izah etmək olar?”, - Tofiq Abbasov sual edir.

O hesab edir ki, ATƏT-in Minsk qrupu artıq uzun müddətdir ki, danışıqlar prosesini ölü nöqtədən necəsə tərpətmək iqtidarında olmadığını nümayiş etdirir, çünki ora daxil olan hər 3 həmsədr ölkə - Rusiya, Fransa və ABŞ işğalçı ölkəyə sərf edən mövqe tuturlar. Tovuz döyüşlərinin qızğın vaxtında rəsmi Moskvanın böyük həcmdə silah-sursat göndərdiyi hazırki vəziyyət bir daha vasitəçi ölkələrin qeyri-obyektiv mövqeyini sübut etmiş oldu.

“Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün imkanlar hələ tam tükənməyib. Lakin vasitəçilik formatı yenilənməyə, yeni nəfəsə ehtiyac duyur. Fərsiz həmsədrləri digər ölkələrin daha funksional düşüncəyə malik və işləmək istəyən diplomatları ilə əvəz edilməsi məsələsini gündəmə gətirmək üçün əsl vaxtdır”, - deyə o bildirib və əlavə edib: “Bu halda həmsədr kürsüsü üçün mənə ən uyğun namizəd kimi Türkiyə görünür”.

“Düzdür, Ermənistanda təkcə “türk” sözü qeyri-normal qıcıq və qorxu yaradır, lakin zaman dəyişir və gələcək nəsillər üçün gələcəyə baxmaq lazımdır”, - o deyib.

Mövzu ilə bağlı oxuyun:

Ermənistan üçün Rusiya silahı: sensasion detallar

Yelena Ostapenko, Səba Ağayeva

 

Paylaş:
1259

Son xəbərlər

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54
Bütün xəbərlər