Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu

12:46 - 30 / 03 / 2020
Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq rezidenturaya qəbul olmağa hazırlaşan tələbələrə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, yaxın günlərdə portala imtahanın birinci – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək. İmtahana buradan yazılmaq olar.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.

Qafar Ağayev

Paylaş:
335

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər