“Rus sektorla” bağlı qalmaqal: Rəhman Hacıyev və Azər Həsrət İTV-nin efirində – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rus sektorla” bağlı qalmaqal: Rəhman Hacıyev və Azər Həsrət İTV-nin efirində – VİDEO

12:02 - 17 / 04 / 2019
“Rus sektorla” bağlı qalmaqal: Rəhman Hacıyev və Azər Həsrət İTV-nin efirində – VİDEO

Yaxın günlərdə jurnalist və hüquq müdafiəçisi Azər Həsrətin Facebook sosial şəbəkəsində yazdığı paylaşımı geniş müzakirələrə səbəb oldu.

“Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun” – deyə o, yazmışdı.

1news.az-ın baş redaktoru Rəhman Hacıyev A.Həsrətin statusuna ilk reaksiya verənlərdən oldu.

R.Hacıyevin Facebook-da yazdığı statusun tam mətni ilə bu linkdən tanış ola bilərsiniz. Qısacası isə belədir:

“İlk olaraq məni ictimai xadimin, özünü jurnalist adlandıran birinin “alkoqol və tütünlə bağlı” ümumi mövzuların təlimin dili kontekstində nəticələr çıxarması təəccübləndirdi. Azər müəllimin sözündən belə anladım ki, belə yerlərdən (elə yerlərə yolu düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilməsi, rusdilli “gənc sərxoşların” olduğu məkanlardan) xəbəri yoxdur. Bəs o zaman hansı əsasla bu qəribə nəticəyə gəlib?  

İndi isə əqli qabiliyyət haqda. Azərbaycan dili bölməsinin məzunları haqqında bir söz demirəm. Onların arasında çoxlu sayda istər gənc nəslin, istərsə də yaşlı nəslin nümayəndələrindən olan ziyalılar var. Bu, müzakirə mövzusu deyil. Lakin rus dili bölməsinin məzunları ilə bağlı bir neçə söz demək istərdim.

Rus dili bölməsini bitirən bir neçə nazir, deputat, nəhəng şirkətlərin rəhbərləri, yazıçı və ictimai xadimlərin adlarını sadalaya bilərəm. Bir vitse-prezidentin adını çəkə, hətta Respublikamızın hazırki prezidentinin rus dili bölməsinin məzuni olmasından təəccüblənmərəm.

Rus dili bölməsinin məzunu olmuş gənc nəsildən bir neçəsinin adını sadalaya bilərəm ki, onlar dünyanın ən nüfuzlu universitetlərində Yale, Harvard, LSE, INSEAD təhsillərini davam etdiriblər.

Qısacası, bu cür fikir yürütməklə xalqımızı iki hissəyə ayıraraq qarşı-qarşıya qoyulmasını anlaya bilmirəm. Niyə boş yerə aqressiya yaradılsın?  

Əhalinin yarısının rus dilində təhsil alması onun vətənpərvər olmasına mane olmur. Əskinə, deyərdim ki, rus dilində kütləvi tarixi faktlarla tanış olmaqla ölkəmizi daha da çox sevməyə səbəb olur.

Rus dilində təhsil almaq utanılası və ya qeyri-qanuni bir şey deyil. Prezidentimiz həyatın bütün sahələrində – mədəniyyət, din, təhsil və s. geniş yayılmış tolerantığın cəmiyyətimizə məxsus olduğunu dəfələrlə vurğulayıb.

Rus dilində təhsil almaq doğma dilini, xalqını, tarixini sevməyə mane olmur. Rus dili bölməsinin Azərbaycan dili bölməsindən daha əxlaqsız olmasını söyləmək isə düzgün deyil. Bu, cəfəngiyyatdır”- deyə, R.Hacıyev yazıb.

Azər Həsrətin “rus sektor” iddialarına cavab verməklə yanaşı, Rəhman Hacıyev onu İTV-nin efirində yayımlanan debatda iştirak etməyə də dəvət etdi.

Əlavə edək ki, A.Həsrətin sosial şəbəkədə yazdığı bu status 1500-dən çox mənfi xarakterli rəy alıb və 200 dəfə paylaşılıb. Bu rəqəmlərə statusun bir sıra xəbər saytlarında da dərc edilməsini də əlavə edək. Bu da cəmiyyətin 90%-də mənfi reaksiya doğurub.

A.Həsrət İTV-nin efirində aprelin 16-da, 15.25-də yayımlanan debata gələrək R.Hacıyevlə üzbəüz görüşdü.  

Verilişin əvvəlində aparıcı Ceyhun Əli hər iki tərəfə öz fikrini söyləmək hüququnu yaratdı. İlk olaraq sözə A.Həsrət başladı:

O, dedi ki, fikirlərini düz ifadə edə bilmədiyindən statusu yalnış anlaşılıb. Onun sözlərinə görə statusda dəyişikliklər etmək istədikdə çoxlu sayda rəylərin və paylaşımları görərək bu fikrindən yayınıb. Həmçinin o bildirib ki, ölkənin rusdilli əhalisinə və ya övladlarını rus dilində təhsil alan valideynlərin əleyhinə deyil. Lakin onu yetişməkdə olan nəslin doğma dili bilməməsi narahat edir.

“Səhv etdiyinizi etiraf edirsinizsə, hesab edirəm ki, yazdığınız statusla təhqir etdiyiniz vətəndaşlardan üzr istəməlisiniz. Rus dili bölməsini bitirdiyim üçün onların arasında mən də varam”, - deyə R.Hacıyev sözə başlayıb.

Rəhman Hacıyev rus dilində təhsil alan görkəmli xadimlərdən nümunə olaraq Moskva, Sankt-Peterburq və Novorossiyskdə təhsil alan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəylinin adını çəkib. Həmçinin baş redaktor sözlərinə əlavə edib ki, bu xadimlərin Azərbaycanın inkişafı üçün verdiyi töhfələri qiymətləndirmək çətindir. R.Hacıyev rus dilində təhsil alan müasirlərimizdən yazdığı kitablarla dünyaca məşhur Xalq yazıçısı Çingiz Abdullayevi, məşhur şahmatçı Teymur Rəcəbov və başqalarının adlarını çəkib.

R.Hacıyevin dəlilləri ilə razılaşan və yazdığı statusa görə üzr istəyən A.Həsrətin də haqqını vermək lazımdır.

Debatın sonunda Azər Həsrət Rəhman Hacıyevlə azərbaycanlıları hansısa “qrupa” bölməyin kökündən yalnış olduğu, vətəndaşlarımızın daha çox dil bilməsi Azərbaycanın inkişafın üçün daha yaxşı olması fikrilə razılaşıb.

Verilişin sonunda R.Hacıyev Azər Həsrətə ingilis dilində yazılmış “ADR – solmayan arzu” və “İlham Əliyevin portreti” kitablarını hədiyyə edib.

“İlham Əliyevlə bağlı kitabda prezidentimizin yüksək məharətlə ingilis dilində danışıqlar aparmasından bəhs edilir” – deyə R.Hacıyev bildirib.

Verilişi yekunlaşdıran Ceyhun Əli ümummilli lider Heydər Əliyevin sözlərini sitat gətirib:

“Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3617

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər