Ruslan Əliyev: “Azərbaycan - Rusiya münasibətləri ildən-ilə möhkəmlənəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ruslan Əliyev: “Azərbaycan - Rusiya münasibətləri ildən-ilə möhkəmlənəcək”

11:03 - 23 / 10 / 2020
Ruslan Əliyev: “Azərbaycan - Rusiya münasibətləri ildən-ilə möhkəmlənəcək”

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Rusiyanın "Russian Business Guide” (www.presscentr.rbc.ru) beynəlxalq jurnalına müsahibə verib.

Qeyd edək ki, Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu, iqtisad elmləri namizədidir. Bu gün ticarət nümayəndəsi vəzifəsi ilə yanaşı, alma-materdə təbiətdən istifadə və ekologiyanın beynəlxalq kompleks problemləri kafedrasının müdiridir.

Ruslan Əliyev qeyd edir ki, son illər Azərbaycanla Rusiya, şübhəsiz, ticari-iqtisadi münasibətlərin bütün spektri üzrə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi və irimiqyaslı birgə infrastruktur layihələrinin həyata keçirilməsi xəttini götürəcəklər.

"Bu dialoq iki ölkənin biznes üçün yeni imkanlar açacaq"-deyə o əlavə edib.

Bir həftə bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun azərbaycanlı gəncləri ilə görüşdə Ruslan Əliyev yüksək intellektin və dəmir məntiqin, hətta ən mürəkkəb münaqişələri belə, aradan qaldırmağa qadir olduğunu bildirmişdi. Rusiya KİV-nə müsahibəsində İlham Əliyevin də dediyi kimi:" ... həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriyə yuvarlanmırıq, həm də irəliyə gedirik. Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluğu bir çox cəhətdən işgüzar əlaqələrə əsaslanır. İqtisadi diplomatiyanın rolunu da qiymətləndirmək çətindir”.

"Ticarət nümayəndələri institutu Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin əvvəlində təsis edilib və təsadüfi deyil ki, ilk ticarət nümayəndəsi Rusiyaya təyin edilib", - deyən Ruslan Əliyev bildirib ki, hər iki ölkə ticarət münasibətləri ilə yanaşı, investisiya və innovasiyalar sahəsində də böyük əməkdaşlıq potensialına malikdir. Əgər əvvəllər tərəflər qarşısında duran əsas vəzifə ticarət maneələrinin və məhdudiyyətlərinin aradan qaldırılması idisə, hazırda ölkə regional əhəmiyyətli iri logistika layihələrinə, əlavə dəyər zəncirlərinin qurulmasına, texnologiyaların birgə inkişafına daha çox diqqət yetirir.

2019-cu ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 3022,05 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 290,22 milyon ABŞ dolları təşkil edib, ixracın həcmi 731,83 milyon ABŞ dolları təşkil edib. 2018 - ci illə müqayisədə 2019 - cu ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 18,50 faiz, o cümlədən idxal 21,48 faiz, ixrac 10,05 faiz artmışdır. 2019-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində Rusiya Federasiyasının payı 9,07 faiz (3 yer), o cümlədən idxalda 16,76 faiz (1 yer) və ixracda 3,73 faiz (7 yer) təşkil etmişdir. Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulduğu andan 300-ə yaxın ikitərəfli sənəd imzalanıb ki, onların arasında 3 iyul 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi imzalanıb. 1 sentyabr 2018-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə rəsmi səfəri zamanı imzalanmış sənədlər iqtisadi əlaqələrin inkişafına təkan verdi.

Ruslan Əliyev üçün Rusiya və Azərbaycan mədəniyyətləri arasındakı dialoq bir ailə mövzusudur, özünü rus anası olan bir azərbaycanlı adlandırır. Ticarət nümayəndəsi deyir ki, Rusiya çoxmillətli ölkədir, Azərbaycan multikulturalizmin və müxtəlif mədəniyyətlərə, dinlərə və millətlərə hörmətin nümunəsidir. "Biz eyni dildə danışırıq. Ölkələrimizi həmişə möhkəm xalq diplomatiyası, humanitar əməkdaşlıq, birgə elmi araşdırmalar bağlayıb. İqtisadi əməkdaşlığın daim inkişaf etdirilməsi isə insanların və şirkətlərin çox böyük cəlb olunması ilə Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə davamlı inkişafı üçün əsas yaradır və bu, zənnimcə, Rusiya rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququ ilə bağlı ölçülüb - biçilmiş mövqeyini izah edir", - deyə ticarət nümayəndəsi bildirir.

Ruslan Əliyev deyir ki, Azərbaycan indi dəyişikliklər astanasındadır. Ancaq bu dəyişikliklər Rusiya-Azərbaycan dialoquna ancaq müsbət təsir göstərməlidir:

"İlham Əliyev həmişə mənim üçün nümunə, millətin lideri, dünya səviyyəli siyasətçi, parlaq diplomat və böyük hərflərlə insan olub. O, regional geosiyasəti quruculuq yolu ilə yenidən işə sala bilib. Sülh bərpa ediləcək. Biz dəyişikliklərə beynəlxalq aləmdə güclü iqtisadi mövqe və nüfuzla yanaşmışıq".

Bu gün Ticarət nümayəndəliyində fəaliyyət göstərən biznes-klub çərçivəsində Rusiya və Azərbaycan biznesinin daimi görüşləri keçirilir. Pandemiyaya baxmayaraq hərbi vəziyyət, işgüzar əlaqələrin qurulması işləri davam edir. Ruslan Əliyevin fikrincə, Azərbaycan ilə Rusiya arasında münasibətlər ildən-ilə yalnız möhkəmlənəcək, dövlətlərimiz dünya miqyaslı birgə layihələrin ciddi gündəliyinə malikdir. Sabit iqtisadi platformanı təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

1news.az

Paylaş:
1272

Son xəbərlər

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36
Bütün xəbərlər