1news.az

Sabah külək güclənəcək - PROQNOZ

2 Aprel saat 13:04 ~ 1 dəqiqəlik oxu 185
Sabah külək güclənəcək - PROQNOZ

Aprelin 3-də  gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-15° isti,Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubətgecə 75-85  %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək  isti, gündüz 5-10° olacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net