1news.az

Şabranda dəhşət - 6 nəfər ruhi xəstəni “cin çıxartma” adı ilə döyüb öldürdü

12 Noyabr saat 11:03 ~ 1 dəqiqəlik oxu 567
Şabranda dəhşət - 6 nəfər ruhi xəstəni “cin çıxartma” adı ilə döyüb öldürdü

Şabran rayonunda fırıldaqçılar Bakı şəhər sakinini döyüb öldürüblər.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.

Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net