Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır

16:29 - 19 / 06 / 2019
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır

Azərbaycan sosial dövlətdir. Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub.

Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və MDB məkanında lider mövqeyə yüksəlib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova bildirib.

Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını vurğulayan S.Qafarova deyib: "Respublikamızda 2019-cu ilin əvvəlindən ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı".

Deputat bildirib ki, dövlət başçısının müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı yeni sərəncamlarla isə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb. Prezident İlham Əliyev əslində imzaladığı yeni sənədlərlə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi bəyan etdi. Respublikamızda dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Yeni sosial paket ölkə Prezidentinin "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq edir.

S.Qafarova, həmçinin vurğulayıb ki, Prezidentin imzaladığı yeni sosial paket əhalinin rifah halının yaxşılaşdırılmasına və gəlir imkanlarının artırılmasına hədəflənən tədbirlərin uğurla davam etməsinə geniş imkanlar açır: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir".

S.Xankişiyeva

 

Paylaş:
517

Son xəbərlər

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19
Bütün xəbərlər