Sahibə Qafarova: İdmanı siyasi oyunlara alət etmək cəhdləri qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: İdmanı siyasi oyunlara alət etmək cəhdləri qəbuledilməzdir

17:03 - 13 / 05 / 2019
Sahibə Qafarova: İdmanı siyasi oyunlara alət etmək cəhdləri qəbuledilməzdir

Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr futbol üzrə Avroliqanın final oyununun keçirilməsinə az vaxt qalmış ədalətsiz və qeyri-obyektiv şəkildə ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə başlayıblar. Biz anti-azərbaycançı mərkəzlər tərəfindən həyata keçirilən bu cür çirkin kampaniyaların əvvəllər də şahidi olmuşuq.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Deputat bildirib ki, xaricdəki bəzi dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Nə zaman Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. İdmanı belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir.

Millət vəkili deyib ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran-Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar.

Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycan, həmçinin turizm ölkəsi kimi dünyada nüfuz qazanmağa başlayıb. Bu da təbiidir. Çünki ölkəmizdə turizmin yüksək inkişafına nail olmaq üçün hər cür şərait yaradılıb. “Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılıb. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri ön planda dayanır. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Sabitliyə və cinayətkarlığın aşağı səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Xatırladım ki, dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti tərəfindən hazırlanan hesabatda Bakı 2018-ci ilin ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlərdir və ölkəmizə turist axınını təmin edir. Təkcə ötən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib. Əlbəttə ki, bu, Azərbaycanın turizm imkanlarına, ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, təhlükəsizlik mühitinə olan inamın göstəricisidir. Bu gün Azərbaycan turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edir və hətta deyərdim ki, dünyada ən sadə viza rejimlərindən biri məhz ölkəmizdə tətbiq olunur. Ölkəmizdə otel qiymətləri bir çox Avropa dövlətlərindən qat-qat ucuz və sərfəlidir, nəqliyyat xərcləri də eyni qaydada. Bütün bunlar isə bir daha Bakının final oyununa ev sahibliyi etməsinin nə dərəcədə yerində olmasını təsdiq edən faktlardır”, - deyə deputat əlavə edib.

Sahibə Qafarova deyib ki, xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı bu qərəzli kampaniyası da heç bir nəticə verməyəcək: “Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək”.

S.Xankişiyeva

 

 

Paylaş:
856

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər