Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq

10:55 - 28 / 02 / 2020
Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq

Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq sahəsində innovativ ideyaların üzə çıxarılması, eləcə də ölkəmizdə informasiya texnologiyaları ekosisteminin inkişafına dəstək  məqsədilə təşkil etdiyi 1-ci IBA Regional Hakatonuna sabah start verilir.

Sahibkar və proqramçıların, eləcə də digər peşəkarların qatıldığı bu tədbirdə ümumən 40 komanda yarışacaq. İştirakçıların böyük qismi yerli mütəxəssislərdir. Eyni zamanda, Hakatona dünyanın 12 ölkəsindən də nümayəndələr qatılıb.

Bu, Azərbaycanda sahibkarlıq həlləri üzrə və FinTech sferasında təşkil edilən ən genişmiqyaslı ideya marafonudur. Ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün son illər davamlı layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Hakatonda sahibkarlar üçün faydalı olan innovativ ideya və həllərə üstünlük verəcək. Sahibkarlıq sahəsində süni intellektdən istifadə, data-analitika modellərinin tətbiqi, elektron  satış platformalarının yaradılması, ödənişlər, müştəri məmnuniyyəti və loyallığı üzrə innovativ təşəbbüslər xüsusi dəstəklənəcək. Təklif edilən həllər kiçik və orta sahibkarların marketinq, satış, ödəniş, logistika imkanlarının genişləndirilməsinə, biznes kreditlərinin, eləcə də digər bank məhsul və xidmətlərinin onlar üçün əlçatanlığının təmin olunmasına, müxtəlif dövlət xidmətlərindən istifadənin sahibkarlar üçün daha da asanlaşmasına yönəlməlidir. 

Komandalara kömək üçün müxtəlif ölkələrdən 25 peşəkar mentor dəvət edilib. Mentorlar da, IBA Regional Hakatonuna metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində yaxından iştirak edib.

Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Martın 1-də ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin  qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azerikard” prosessinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “IBA Regional Hackathon”unda iştirak etmir.

IBA Regional Hakatonu Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumat üçün: https://www.ibahackathon.com

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
521

Son xəbərlər

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36
Bütün xəbərlər