Samsung QLED TV – zamanı qabaqlayan texnologiya | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung QLED TV – zamanı qabaqlayan texnologiya

10:00 - 12 / 06 / 2019
Samsung QLED TV – zamanı qabaqlayan texnologiya

Bir müddət öncə reklam fasiləsi zamanı ekrandan ifadəli və dolğun və çox tanış bir səs eşitdim, hətta, baxmaq üçün otağa belə qayıtdım. Bu Samsung QLED TV-nin reklamında rol almış gözəl aktyor və inanılmaz istedada sahib Fəxrəddin Manafov idi.

Çarxın sadəliyi və dolğunluğu məni heyrətə gətirdi. Minimum söz və maksimum təsvir, Samsung-un yeni çarxını fərqləndirən xüsusiyyətlər budur. Həmçinin, qeyd edilən məqamları QLED TV-yə aid etmək olar.  Belə ki, televizorun minimalistik dizaynı seyrdən zövq almağa, əyri eleqant korpus isə ekranda baş verənlərin abu havasına dalmağa kömək edir. Displey onun bütün sahəsini örtən və istənilən rəng tonunu ifadə edə bilən milyonlarla kiçik nöqtələrdən – piksellərdən ibarətdir. Beləliklə, kvant nöqtələri adlanan bu texnologiya 100% rəng həcmini ötürməyə imkan yaradaraq, QLED TV ekranında işığı milyard rəng çalarına çevirməyə kömək edir.

Qeyd etmək lazımdır ki, televizor istənilən kontenti UHD keyfiyyətinə yaxınlaşdıra bilir. Bunun üçün Samsung məxsus Quantum Processor adlanan prosessor təkmilləşdirib. Xüsusi maşın təlimli alqoritm 3 pilləli miqyas düsturunu istifadə edir ki, bunlardan teksturaların yenidən yaradılması, təsvir pozuntularının azaldılmasını və obyektin kənarlarının bərpa edilməsini qeyd etmək olar. 

Həmçinin, sözügedən süni zəka qarışıq səs siqnallarının xarakteristikasını təyin edib, hər səhnə üçün ayrı ayrılıqda səs kökləyir.  Beləliklə, QLED televizorları ətraf mühitə uyğun optimal səs tənzimləmələrini avtomatik təmin edir.

Qeyd etmək lazımdır ki, televizor həm də Samsung-un Ultra Viewing Angle adlandırdığı baxış bucağını yaxşılaşdıran funksiya ilə təchiz edilib. Yenilik, displey üzərində işıq itkisinin qarşısını alan və bərabər paylanmasını təmin edən əlavə qatdan ibarətdir. Belə ki, ekrana hansı bucaq altında baxmanızdan asılı olmayaraq, qara rəng ideal, digər rənglər isə parlaq olaraq qalır.

QLED televizorlarında reallaşdırılmış digər vacib məqamlardan biri HDR10+ texnologiyasıdır ki, onun köməyi ilə təsvirin parlaqlığı və dolğunluğu haqqında məlumat toplanaraq tədqiq edilir və nəticədə ekranda ötürülən qara rəng dərin, ağ rəng isə daha da aydın ifadə edilir. 

Samsung Qled TV haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Aygün.A

Reklam hüququnda

Paylaş:
578

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər