Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək

10:41 - 10 / 07 / 2019
Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək

2016-cı il aprel döyüşlərində Ermənistanın məğlubiyyətini araşdırmaq məqsədilə yaradılmış parlament komissiyasının qapalı iclası keçirilib.

1news.az xəbər verir ki, bu barədə  “Johovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə,  toplantı dinləmə qurğuları olmayan xüsusi kabinetdə keçirilib. İclasdan əvvəl iştirakçıların məlumatları sızdırmalarının qarşısını almaq üçün telefonları alınıb. Lakin, “Johovurd” qapalı iclasdakı müzakirələrin bəzi detallarını əldə edə bilib.

Məlum olub ki, komissiya artıq Müdafiə Nazirliyinə parlamentdə hesabat verəcək şəxslərin siyahısını göndərib. Siyahıya Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da daxildir. Üçüncü prezident Serj Sarkisyan iyulun 10-da aprel döyüşləri barədə məlumat vermək üçün parlamentə dəvət olunacaq.

Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri də 2016-cı il hadisələri ilə əlaqədar məlumat vermək üçün parlamentə çağrılacaqlar.

Xatırladaq ki, bu il mayın 20-də baş nazir Nikol Paşinyan bəyan etmişdir ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı bütün şərtləri araşdırmaq üçün parlament komissiyası yaradılacaq.

Parlamentin spikeri Ararat Mirzoyan isə mayın 31-də komissiyanın formalaşdırılmasını elan edib.

P.Sultanova

Paylaş:
563

Son xəbərlər

Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:30
Bütün xəbərlər