Sarkisyan Azərbaycanı hədələdi: yaxın zamanda... - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan Azərbaycanı hədələdi: yaxın zamanda... - VİDEO

15:32 - 28 / 01 / 2021
Sarkisyan Azərbaycanı hədələdi: yaxın zamanda... - VİDEO

"Ordu günü bu il olmasa da, erməni xalqının hər zaman sevinclə qeyd olunan müqəddəs bayramlarındandır".

1news.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

Sərkisyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətini etiraf edib: "Hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir".

Eks-prezident xalqa müraciətində Ermənistanın mövcud hakimiyyətini xəyanətdə ittiham edib:

"Sənə xəyanət etdilər, arxadan bıçaqlandın, ağır yaralandın və bundan əvvəl, son illərdə səni güzəştə getmək və zəiflətmək üçün hər şeyi etdilər. Bu gün minlərlə valideyn istismar edilməsindən danışır, amma kimsə ordunun tələyə salındığını bilmir".

İşğalçı ölkənin keçmiş lideri Azərbaycanı təhdid etməkdən də çəkinməyib.

Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış cəllad Sərkisyan İkinci Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib:

"Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə yaxın zamanda biabırçı keçmişini xatırlatacaq".

Şübhəsiz ki, Sərkisyan "biabırçı keçmiş" deyəndə, 1990-cı illərdə rus ordusu ilə birlikdə Azərbaycana qarşı həyata keçirdikləri işğalı nəzərdə tutur. O cümlədən, törətdikləri Xocalı soyqırımı və digər müharibə cinayətlərini...

1news.az

Paylaş:
729

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər