Səbinə Əliyeva Vətən müharibəsi qazisinin ailəsi ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbinə Əliyeva Vətən müharibəsi qazisinin ailəsi ilə görüşüb - FOTO

17:20 - 14 / 01 / 2021
Səbinə Əliyeva Vətən müharibəsi qazisinin ailəsi ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı Vətən müharibəsi qazisi, bu yaxınlarda ailə həyatı qurmuş Abbas Yusifovla görüş keçiriblər.

1news.az xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva yenicə ailə quran cütlüyü təbrik edib, bu ailənin Azərbaycan gəncliyi üçün nümunə olduğunu qeyd edib. Ombudsman şəhidlərin qanı, qəhrəmanların şücaəti hesabına qazanılmış zəfər haqqında danışıb, Azərbaycan xalqının müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizə dərin rəğbət hissi duyduğunu vurğulayıb.

Ombudsman qazi ailəsinin qayğıları ilə maraqlanıb, qaldırılan məsələləri nəzarətdə saxlayacağını bildirib. Səbinə Əliyeva gənc ailəyə səadət arzulayıb və Ombudsman Aparatı adından onlara ailə qurmaqları münasibəti ilə hədiyyələr təqdim edilib.

Qazi Abbas Yusifov dövlət tərəfindən göstərilən dəstək barədə məlumat verib, diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və əməkdaş Araz Fərhadov da iştirak ediblər.

Qeyd edək ki, leytenant Abbas Yusifov Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da minaya düşməsi nəticəsində sol ayağı amputasiya olunub. Azərbaycan Respublikası Prezidenti tərəfindən 3cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qafar Ağayev 

Paylaş:
639

Son xəbərlər

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59
Bütün xəbərlər