Seçki hüququ: bildiklərimiz və bilmədiklərimiz | 1news.az | Xəbərlər
Müsahibə

Seçki hüququ: bildiklərimiz və bilmədiklərimiz

13:01 - 20 / 12 / 2019
Seçki hüququ: bildiklərimiz və bilmədiklərimiz

Hüquqşünas Azərbaycanda seçkilərin mühüm incəliklərinə aydınlıq gətirib.

1news.az xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru, Vəkil İlqar Eyyubov Seçki hüququ ilə əlaqədar Bizimyol.info-nın suallarını cavablandırıb:

Sual: İlqar müəllim, seçki hüququnun mahiyyətini necə izah edərdiz?

Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas siyasi hüquqlar sırasındadır. Bu hüquq seçmək və seçilmək, hüquqi terminlərlə desək aktiv və passiv seçki hüququ şəklində realizə olunur, həyata keçirilir.

Aktiv seçki hüququ vətəndaşların dövlət və bələdiyyə orqanları üzvlərini seçmək, habelə referendumda həlledici səslə iştirak etmək hüququdur, bu hüquqa 18 yaşına çatmış hər kəs malikdir. Passiv seçki hüququ vətəndaşın seçkidə dövlət və bələdiyyə orqanlarına seçilmək hüququdur.

Seçki hüququ seçkilərin keçirilməsi zamanı hüquq düşüncəsinin genişlənməsi, siyasi cəhətdən aktivliyinin artması ilə müşahidə olunur.

Respublika quruluşlu dövlətlərdə seçki hüququ vətəndaşların seçmək və seçilmək hüququndan istifadə imkanlarını artırır, bu hüquqdan dövlət hakimiyyətinin ali orqanlarının formalaşdırılmasında ən düzgün imkan olaraq istifadə edilməsinə zəmin yaradır.

Sual: Seçmək hüququ ilə bağlı hansı məhdudiyyətlər tətbiq edilə bilər və ümumiyyətlə kimlər seçkilərdə iştirak edə bilər?

Aktiv seçki hüququndan bəhs edərkən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşının bu hüquqlara malik olduğunu bildirməliyik. Lakin bundan başqa Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslərin, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin, o cümlədən xaricdə yaşayan azərbaycanlıların bu hüququ hansı qaydada həyata keçirdiklərinə aydınlıq gətirmək doğru olardı.

Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Seçki Məcəlləsinə görə müəyyən hallarda aktiv seçki hüququ (səs vermək hüququ ) vardır. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq Azərbaycan ərazisində daimi yaşayırlarsa referendumda, Milli Məclisə seçkilərdə, Prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edirə bilərlər. Əlbəttə bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Seçki Məcəlləsinin 12.3-cü maddəsi ilə xarici ölkə vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququ tanınır.Lakin bu hüququn həyata keçirilməsi üçün müəyyən şərtlər nəzərdə tutulub.Xarici ölkə vətəndaşları müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşamış olmalı və onun vətəndaşı olduğu ölkənin qanunvericiliyində xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüqüqu tanınmalıdır.

Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar.Bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir. Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər , hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur. Qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz.

Sual: Xaricdə yaşan vətəndaşlarımızın seçkilərdə iştirak imkanı mövcuddurmu?

Xaricdə yaşayan seçici qeydiyyatında olan vətəndaşlarımız da aktiv seçki hüququna malikdir. Seçki hüququnu təmin etmək məqsədi ilə nisbətən daha çox azərbaycanlıların yaşadığı 60-dan artıq ölkədə onların səs verməsi üçün hər cür şərait yaradılır.

Sual: Məhkumlar səs verə bilərmi?

Eyni zamanda cəzaçəkmə müəssisələrində olan məhkumların da səsvermədə iştirakı üçün müvafiq şərait yaradılır, məhkumlar istənilən seçkidə aktiv şəkildə iştirak edirlər.

Sual: Bəs kimlər seçilmək hüququndan məhrumdur?

Seçki məcəlləsinə əsasən məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər; məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər seçilmək hüququna malik deyillər. Bu o deməkdir ki, həmin şəxslər passiv seçki hüququna malik deyillər.

Sual: Kimlərə seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan olunur?

Xarici dövlətlər, xarici hüquqi şəxslər, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçular, xeyriyyə təşkilatları, dini birliklər, dini idarə və təşkilatlar, seçki komissiyaları, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri və digər vəzifəli şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qanunla qadağan edilir.

Sual: Seçki hüququnun əhəmiyyətini nədə görürsüz?

Qeyd etməliyəm ki, seçki hüququnun əhəmiyyəti cəmiyyət üçün çox böyükdür. Burada konkret şəxslərin deyil, bütöv halda cəmiyyətin mənafeyi nəzərdə tutulur. Seçki hüququ hakimiyyətin formalaşdırılmasının hüquqi əsası olmaqla siyasi qüvvələrin ölkənin inkişafında irəli sürdükləri proqramları və siyasi əhval-ruhiyyəni aşkara çıxarır.

1news.az

Paylaş:
1435

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər