Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO

17:25 - 15 / 01 / 2021
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO

AZƏRTAC ilə Əlcəzair KİV-ləri arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradar.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhakın görüşündə səsləndirilib. Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələləri müzakirə olunub.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi barədə məlumat verilib. Bildirilib ki, agentliyimiz bir sıra beynəlxalq və regional media qurumları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir. Bu münasibətlərin ikitərəfli müstəviyə keçirilməsi, Azərbaycan və Əlcəzairin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı xəbər mübadiləsi hər iki tərəf üçün faydalı olar.

Azərbaycanla bağlı məlumatları AZƏRTAC-ın saytında ərəb və fransız dillərində əldə etdiyini deyən Salima Abdelhak agentliyin Əlcəzair haqqında da xəbərlər yaymasından məmnunluğunu ifadə edib. “AZƏRTAC ilə APS agentliyi arasında daha sıx əlaqələr qurulmasını istərdik. Düşünürəm ki, xəbər mübadiləsinin üçüncü tərəf vasitəsilə deyil, birbaşa iki agentlik arasında aparılması önəmlidir”, - deyə diplomat bildirib.

Görüşdə, həmçinin informasiya sahəsində əməkdaşlığın perspektivləri, medianın inkişafındakı tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
395

Son xəbərlər

Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59
Bütün xəbərlər