Səkkiz ay ərzində Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səkkiz ay ərzində Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib

11:40 - 11 / 09 / 2019
Səkkiz ay ərzində Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bunun da 85% -i (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur.

2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərmişdir, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.

2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərmişdir.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil etmişdir.  Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxil olmuşdurlar.

2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçirmişdirlər.

Hal-hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

S.Xankişiyeva

 

 

Paylaş:
579

Son xəbərlər

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42
Bütün xəbərlər