Səməd Seyidov Avropa Şurasının Prezidentinə məktub göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səməd Seyidov Avropa Şurasının Prezidentinə məktub göndərib

14:09 - 28 / 03 / 2020
Səməd Seyidov Avropa Şurasının Prezidentinə məktub göndərib

“Təəssüflər olsun ki, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri yalan və böhtanı, manipulyasiya edərək tamamilə yanlış bir məlumatı bəyanat kimi yayıblar”.

Bunu 1news.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidovun sözlərinə görə, bu, bir daha sübut edir ki, AŞ-nın nümayəndələri ümumiyyətlə, Azərbaycana, müstəqil siyasət aparan dövlətlərə qarşı reallıqdan uzaq və qərəzli mövqedən çıxış edirlər: “Azərbaycanda gedən proseslərin Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda təhlil edilməsi üçün ən azı həmin məruzəçilər Azərbaycanın həmin təşkilatlardakı nümayəndələri, yaxud ölkədəki müvafiq strukturlarla normal qaydada əməkdaşlıq etməlidirlər. Ancaq bu məruzəçilər nə Azərbaycanın nümayəndə heyəti, nə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, nə Azərbaycanda insan haqları üzrə İşçi Qrupunun nümayəndələri, nə də ölkəmizdə bu məsələlərlə məşğul olan strukturlarla əlaqə yaradıblar, tamamilə yalan, yanlış, həqiqəti əks etdirməyən məlumatlara və bilinməyən mənbələrin müraciətə əsaslanaraq belə bir bəyanat veriblər. Bu bəyanatlarla onlar özlərini bir daha ifşa ediblər və ifşa edirlər. Bununla da Avropa Şurasına daha böyük zərbə vururlar”.

Seyidov qeyd edib ki, Azərbaycan heç vaxt bu cür davranışı qəbul etməyib və etməyəcək: “Bununla əlaqədar mən Avropa Şurasının Prezidentinə kəskin məktub göndərmişəm. Bu məktubda tələb etmişəm ki, belə bəyanatlar, addımlar Avropa Şurasının Prezidenti tərəfindən dərhal dayandırılsın, araşdırılsın və təhlil olunsun. Eyni zamanda Azərbaycanla Avropa Şurası arasında münasibətlərə xələl gətirən deputatların nəzərlərinə çatdırılsın ki, onlar bizə qarış yox, Avropanın özünə qarşı işləyirlər. Bu gün Avropada faciə baş verir, Avropa ölkələrində koronavirusla bağlı xalqlar faciə ilə üzləşib, bunlar isə öz bildiklərindən əl çəkmək istəmirlər. Bununla da bir daha göstərir ki, onların hansısa insan haqları, insan faciəsi ilə əlaqələri yoxdur, siyasi motiv daşıyan hərəkətlər edirlər. O insanlar heç Azərbaycanın daxilində gedən prosesləri dərk edə bilmirlər. Məsələn, Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında bütün siyasi partiyalara müraciəti, parlamentdə təmsil olunan partiyalardan parlamentin rəhbərliyində, vitse-spikerdən tutmuş komitə sədrləri, komitə sədrlərinin müavinləri səviyyəsində təmsil olunması təşəbbüsü olub. Bununla bərabər, koronavirusun yayılmasının qarşısının  alınması məqsədi ilə Novruz bayramından sonra məhbuslar buraxılıb. Əfqan Muxtarlı da vaxtından əvvəl azad edilib. Bu və digər müsbət addımları görməyən və qiymətləndirə bilməyən insanlar tamamilə provokativ, yanlış bir məlumata əsasən bəyanatlar verməyə başlayıblar. Xüsusi ilə Tofiq Yaqublu ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma prosesi davam edir. Buna baxmayaraq, bu xuliqanlıq hadisəsini siyasiləşdirmək və Azərbaycana qarşı bundan istifadə etmək ən azı utanc yaradan bir hərəkətdir. Mən bununla bağlı artıq Avropa Şurasının Prezidentinə məktub göndərmişəm”.

1news.az

Paylaş:
609

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23
Bütün xəbərlər