Separatçıların seçki “şousu”: kim uduzdu, kim uddu? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Separatçıların seçki “şousu”: kim uduzdu, kim uddu? - TƏHLİL

14:50 - 08 / 04 / 2020
Separatçıların seçki “şousu”: kim uduzdu, kim uddu? - TƏHLİL

Dünya birliyi Ermənistanı işğalçı dövlət qismində qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Elə martın 31-də qanlı işğal nəticəsində Dağlıq Qarabağda yaradılmış separatçı rejimin keçirdiyi "prezident və parlament seçkiləri” də bu qəbildən olan növbəti cəhddən başqa bir şey deyil.

Ermənilər zəbt olunmuş ərazilərdə bundan əvvəl də analoji "seçki şouları” təşkil etmişdilər. Lakin bunun adi "seçki tamaşası”ndan başqa bir şey olmadığına sonda özləri də şahid olmuşdular. Bu dəfə də vəziyyət istisnalıq təşkil etmir. Əksinə, analoji hallar Ermənistanın işğalçı siyasətinin ifşa edilməsinə təkan verən məqamlardan biri kimi çıxış edir. 

Bu dəfə də istisna olmadı. Baş nazir Paşinyanın başçılıq etdiyi Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarında qondarma “seçkilər” keçirməklə növbəti dəfə uğursuzluqla üzləşdilər. Çünki bu qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edildi.

Əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib.

“Seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib.

Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyildir.

Ekspertlərin də qeyd etdiyi kimi, qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə, eyni zamanda münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur.

Xüsusi olaraq tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni xüsusi qeyd etmək olar. Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb.

Bəyanatlarda yer alan “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. Bundan başqa xüsusi olaraq qeyd edilməlidir ki, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib.

Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.

Baş verənlər bir daha göstərir ki, təcavüzkar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi yalnız görüntü xarakterlidir. Əsl həqiqət odur ki, qarşı tərəf Azərbaycan ərazisinin 20 faizinin işğalından əl çəkmək niyyətində deyil.

Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarmalıdır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər.

Yeri  gəlmişkən, burada iki məqamı qeyd etmək yerinə düşər. Birincisi, bu qondarma “seçkilər”in tarixinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması həqiqətən də siyasi həyasızlığın son həddidir. İlk baxışda bu tarixin seçilməsi adi bir təsadüf kimi görünə bilər. Lakin əminliklə qeyd edə bilərik ki, bu qondarma “seçkilər” və onun tarixi məhz erməni toplumunda müsəlman-türk düşmənçiliyi yaratmaq strategiyasının davamıdır.

Digər məqam artıq yuxarıda da qeyd etdiyim kimi, saxta “seçkilərin” dünyada koronavirus pandemiyası ilə əlaqədar olaraq seçkilərin, referendumların və digər kütləvi tədbirlərin təxirə salındığı bir vaxtda keçirilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatdır. ÜST rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ koronavirusa qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Öz xalqının sağlamlığını qorunmaq əvəzinə Dağlıq Qarabağda qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyil.

Politoloq, siyasi məsələlər üzrə ekspert Nəzakət Məmmədova mövzu ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, ermənilərin işğal etdikləri Azərbaycan torpağında keçirdikləri növbəti "seçki” şousu separatçı rejimi dünyada legitimləşdirmə cəhdinin növbəti uğursuz təzahürüdür:

“Bu cür mənasız, heç bir hüquqi-siyasi nəticəsi olmayan, əksinə, münaqişənin həllini daha da mürəkkəbləşdirən uydurma, tanınmamış "seçki" şousu düzəltməklə dünyanı fakt qarşısında qoymağa çalışaraq göstərmək istəyirlər ki, biz müstəqil dövlət olmaq iqtidarındayıq, hətta seçkilər də keçiririk və s. Təbii ki, onlar bunun qeyri-qanuni, beynəlxalq hüquqa zidd hal olduğunu bilirlər. Amma bununla yanaşı ümid edirlər ki, dünya birliyini nə zamansa öz yalanlarına inandıra biləcəklər”.

Politoloqun sözlərinə görə, saxta “seçkilər” həm də Ermənistan rəhbərliyi və Qarabağ rejimi arasında fikir ayrılıqlarını və ziddiyyətləri ortaya çıxardı:

“Separatçı rejim dünya ictimaiyyətini demokratiya nağılları ilə aldatmağa növbəti dəfə cəhd göstərir, guya "dövlət quruculuğu" həyata keçirdiklərini sübut etməyə çalışırlar. Bu proses həm də Ermənistan rəhbərliyi və Qarabağ rejimi arasında fikir ayrılıqlarını və ziddiyyətləri ortaya çıxardı. Habelə, onların böyük güclərin təlimatı altında Azərbaycan torpaqlarında ziddiyyətlər fonunda sadəcə bir alət olduqlarını sübut etdi. Dünya ölkələrinin bəzilərinin bu məsələdə ədalətli mövqeyi təqdirəlayiqdir və belə də olmalıdır.

Bu proseslər onu göstərir ki, bütün dövrlərdə zəmanənin nəbzini tutub axına qoşulmağa çalışan ermənilər müasir dövrün alternativsiz ideologiyasının demokratiya olduğunu görərək, özlərini dünyaya demokrat kimi göstərməyə çalışırlar. Eləcə də öz işğalçılıqlarını "seçki" kimi demokratiyaya xas məfhumlarla ört-basdır etməyə çalışırlar. Azərbaycan ermənilərin bu oyununu növbəti dəfə bütün dünya qarşısında ifşa etməli, onların işğalçı mahiyyətini daha da üzə çıxarmaq üçün hərtərəfli səylərini artırmalıdır. Saxta "seçkilər"də iştirak etmiş bütün əcnəbilər və təşkilatlar müəyyən olunmalı, onlar barədə lazımı hüquqi tədbirlər həyata keçirilməlidir”.

Babək Cahandarov

Paylaş:
580

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər