Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır | 1news.az | Xəbərlər
Rəsmi

Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır

19:49 - 23 / 01 / 2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır

Bu gün kütləvi informasiya vasitələrinin münasibətlərin, maraqların və siyasi mövqenin formalaşmasındakı rolu böyükdür.

Son onilliklər ərzində internet texnologiyaları insan fəaliyyətinin bütün sferalarına nüfuz edib. Siyasi proseslər də bu təsirdən yan keçməyib. İnternet bütün proses iştirakçılarına informasiyanı təkcə istehlak etməyə deyil, həm də onu özlərinin yaratmasına imkan verir. Ənənəvi media daha çox insanların siyasi fəaliyyətinə yönəldiyi halda, sosial media insanların siyasətdən kənar şəxsi keyfiyyətlərini də işıqlandırır ki, bu da müsbət və ya mənfi imic yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında “Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və “Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, siyasi təşkilatlar üçün sosial şəbəkələrdən istifadənin böyük üstünlüyü informasiyanın istifadəçilərə birinci şəxsdən, düzgün formada çatdırılmasıdır. Milyonlarla insan heç bir mövzuda senzuraya məruz qalmadan fikirlərini sərbəst ifadə edə bilir. Sosial media elə bir yeni reallıq yaradıb ki, burada o, ənənəvi mediadan daha sürətlidir. İstehsalı heç bir xərc tələb etməyən saxta xəbərlər dərhal yayılır və məşhurlaşır. Heç kim nəyin doğru, nəyin yalan olmasını araşdırmaqda maraqlı deyil.

S.Fətəliyeva qeyd edib ki, bu informasiya müharibəsində yəqin ki, "Facebook" və "Twitter" qalib gələcək, çünki investorlar ənənəvi mediadan çox yeni platformalara yatırım etməkdə maraqlıdırlar. Bu səbəbdən də hər bir kütləvi informasiya vasitəsi media azadlığından yararlanmaqla yanaşı, yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır. Mediada və internet resurslarında etibarlı məlumat pərdəsi altında saxta informasiyanın və cəmiyyətə, dövlətə hörmətsizlik ifadə edən təhqiramiz materialların yayılmasına görə məsuliyyətə cəlb edən qanunların işlənib hazırlanmasına böyük zərurət var.

Azərbaycanlı deputat medianın seçkilər zamanı roluna da toxunub, onun müsbət və mənfi məqamlarını diqqətə çatdırıb.

1news.az

Paylaş:
415

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər