Şiffin ifşası: Wall Street Journal ermənipərəst konqresmeni Tramp haqda qəsdən yalan danışmaqda ittiham etdi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Şiffin ifşası: Wall Street Journal ermənipərəst konqresmeni Tramp haqda qəsdən yalan danışmaqda ittiham etdi – FOTO

17:05 - 15 / 05 / 2020
Şiffin ifşası: Wall Street Journal ermənipərəst konqresmeni Tramp haqda qəsdən yalan danışmaqda ittiham etdi – FOTO

ABŞ-dakı erməni lobbisinin dostu, Nümayəndələr Palatasının üzvü Adam Şiff qalmaqalın mərkəzində yer alıb. Belə ki, onun uzun illər Moskvanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı yalanları ifşa olunub.

Konqresin Kəşfiyyat Komitəsi keçən həftə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan istintaq çərçivəsində 57 müsahibənin mətnlərini yayımlayıb. Açıqlanmış məlumatların ümumi həcmi 6 min səhifədən çoxdur.

İstintaq 2017-ci ilin yanvarından 2018-ci ilin martına qədər aparılıb. Son hesabatda, Amerikanın ən nüfuzlu nəşrlərindən biri olan Wall Street Journal-da (WSJ) Donald Trampın seçkiqabağı kampaniyasının Kremlə əlaqəli olduğuna dair heç bir dəlil olmadığı yazılıb.

Şahid ifadələrinin çoxu bir müddət əvvəl dərc etməyə hazır idi, lakin keçən il Kəşfiyyat Komitəsinə rəhbərlik edən Adam Şiff onu yaymaqdan imtina etdi. Onları yalnız ötən həftə, Ağ Ev məlumatları birtərəfli olaraq açıqlamaqla hədələdikdən sonra ictimaiyyətə təqdim etdi.

"Yaxın vaxtlarda dərc edilmiş Konqressin şahid ifadələrində Komitəsinin əks dəlilləri yığdığı halda, Adam Şiffin üç il boyunca Rusiya və Donald Tramp haqqında həyəsaz yalan yaydığından bəhs edilir”, – WSJ yazır.

Trampın Kremllə sözləşməsi ilə bağlı hadisələrin ilk günlərindən Adam Şiff bu danışıqların sübutu ilə bağlı dəlilinin olmasını təkid etdi. 2017-ci ilin mart ayında o, MSNBC televiziya kanalında “təfərrüatlara girməyərək, ancaq dolayı dəlillərin çox olduğunu” bildirib.

2018-ci ilin aprel ayında Adam Şiff, ABŞ Konqresi Kəşfiyyat Komitəsinin yekun hesabatında məlumatları dərc edərək, komitənin sözləşmə ilə bağlı nəticələri "istintaqın faktları və materialları qeyd olunmadığını" bildirib.

WSJ nəşri bildirib: "Bunun heç biri doğru deyildi və Şiff bunu bilirdi".

İstintaq məlumatları arasında – Tramp komandasının əsas üzvlərinin və prezident ailəsinin üzvlərinin, o cümlədən Trump-ın oğlu kiçik Donald Trump, kürəkəni və Ağ Evin məsləhətçisi Cared Kuşner, 2016-cı ildə təşviqat qərargahının rəhbəri Kori Levandovski, qərargahın rabitə üzrə rəhbəri Houp Hiks, elektron mətbuat üzrə direktor Bred Parskeyl, məsləhətçi Stiven Bennon və b. yer alır.

İstintaqa Barak Obama administrasiyasının yüksək vəzifəli şəxsləri – Milli Kəşfiyyatın sabiq rəhbəri Ceyms Klapper, Obamanın keçmiş baş prokuroru Loretta Linç və baş prokurorun keçmiş müavini Salli Yates də cəlb edilib.  

Fox News-un Kəşfiyyat Komitəsindəki mənbələrə istinadən verdiyi məlumata görə, şahidlərdən heç biri Tramp qərargahının Moskva ilə sözləşməsi olduğunu sübut edə bilmədi.

Fotoda: Konqresmen A.Şiff

Ancaq Adam Şiff Amerika siyasəti üçün belə bir əsas mövzuda cəmiyyəti çaşdıraraq yalan danışmaqda davam edir. Yalnız keçən həftə, ifadələrin mətnlərində "Trampın təşviqat qərargah qrupunun Rusiyanı tanıtmaq və 2016-cı il seçkilərində köməyindən istifadə etmək üçün səy göstərdiyinə dair sübutlar olduğunu" deyib.

Qeyd edək ki, Adam Şiffin bu cür biabırçı açıqlaması “Wall Street Journal” saytındakı müəllif bölməsində deyil, ABŞ-ın ən hörmətli və etibarlı qurumlarından biri olan nəşrin redaksiyasında dərc edilib. Məqalə çoxsaylı ABŞ mediası tərəfindən təkrar nəşr edilib.

Adam Şiffin ermənipərəst fəaliyyəti

Kaliforniyadan olan konqresmen-demokrat Adam Şiff ABŞ Konqresindəki erməni maraqlarının ən qızğın lobbiçilərindən biridir, Azərbaycanı tənqid edən, Azərbaycan və Türkiyəyə qarşı hər cür “dinləmələrin” təşkilatçısıdır. Bunun sübutu onun siyasi fəaliyyəti və ictimai açıqlamaları kimi xidmət edə bilər.

Uzun illər davam edən ermənipərəst fəaliyyətinin daimi xəttlərindən biri ABŞ-ın ali hakimiyyətini Azərbaycana və Ermənistana hərbi yardım siyasətini yenidən nəzərdən keçirməyə məcbur etmək cəhdidir. Son cəhd, ötən payızda, o, Konqresdən olan həmfikirliləri ilə birlikdə ABŞ Dövlət Departamentinə və Pentaqona müraciətlər göndərməsi oldu.

Hər iki idarənin rəhbərlərinə göndərilən açıq məktub, "bu pulları terrorizm, qanunsuz narkotik ticarəti və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə üçün istifadə edə biləcək" Ermənistana hərbi yardımın həcmini artırarkən, "bərabərliyi qorumaq" üçün Azərbaycana hərbi yardımı azaltmağa çağırdı.

Həmçinin o, dəfələrlə Türkiyəni Ermənistanla sərhədlərin açılmasına və qondarma "erməni soyqırımı" tanınmasına çağırıb. Keçən payızda buna müvəffəq oldu: Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası Adam Şiffin təşəbbüsü ilə Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıyan bir qətnamə qəbul etdi.

Konqresdə erməni maraqları “vəkillərin” əsl siması

Adam Şiff, Konqresdə siyasi karyerası biabırçı şəkildə ləkələnmiş erməni maraqlarının yeganə lobbiçisi deyil. Bunların arasında Nyu Cersidən olan demokrat senator Bob Menendes də var.

O, – "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə layihəsinin təşəbbüskarlarından olmaqla yanaşı, həm də peşəkar keyfiyyətlərinə baxmayaraq, diplomat Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri kimi göstərilməsinə qarşı çıxanlardan biridir.

Fotoda: senator B.Menendes

Bir neçə il əvvəl Menendes seksual qalmaqalın mərkəzində yer alır.  2012-ci ildə Senatda yenidən seçilməzdən əvvəl Dominikan Respublikasından olan iki fahişə senatorun onlara intim xidmətlərinə görə vəd edilmiş 500 əvəzinə 100 dollar ödəməkdə günahlandırdı. Qadınlar xidmətlərinin yalnız beşdə birini aldıqlarına görə çox narazı olmuşdular.

Menendesin adı korrupsiya qalmaqallarında da hallanır. 2015-ci ildə ona qarşı ABŞ-ın Florida ştatının sakini, oftalmoloq Salomon Melcindən işgüzar maraqlarını Konqresdə lobbiləşdirməsi müqabilində bahalı hədiyyələr almaqda ittihamı irəli sürüldü.

Ümumilikdə, Menendesə qarşı, 14 bənd üzrə, o cümlədən korrupsiyada və bir neçə növ qəsdən dələduzluqda, dövlət vəzifəsini icra edərkən "vəzifəsinin şəxsi maraqlarına uyğun gəlməməsi" faktını gizlətməkdə ittiham irəli sürülüb.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
3098

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər