“Siz Heydər baba kimi mərd, Vətəninə, xalqına sadiq, zirvələri fəth etmiş Lidersiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Siz Heydər baba kimi mərd, Vətəninə, xalqına sadiq, zirvələri fəth etmiş Lidersiniz” – Prezidentə məktub

21:28 - 18 / 05 / 2020
“Siz Heydər baba kimi mərd, Vətəninə, xalqına sadiq, zirvələri fəth etmiş Lidersiniz” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Teymur Babazadədən, Lənkəran, Azərbaycan

“Möhtərəm cənab Prezident.Sizin müdrikcəsinə qəbul etdiyiniz qərarlarla koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini bəyənir və təqdir edirik. Bu bəlanın qarşısının alınmasında xalqımızla birlikdə həmişə Sizin yanınızdayıq. Hamımız inanırıq ki, biz bu çətinlikdən də qələbə ilə çıxacağıq.Siz belə bir çətin vaxtda işsiz qalan vətəndaşlara və aztəminatlı ailələrin üzvlərinə birdəfəlik yardımların ödənilməsini təmin etdiniz. Bu, onu göstərir ki, Azərbaycan qüdrətli dövlətdir və heç vaxt ehtiyatı əldən vermir.Cənab Prezident, biz çox şadıq ki, müstəqil Azərbaycanın inkişafında böyük xidmətləri olan ulu öndərimiz Heydər Əliyevin gözəl ənənələrini layiqincə davam etdirir, xalqımıza yorulmadan xidmət göstərirsiniz. Biz Sizi hər zaman dəstəkləyirik”.

Anar Hacıyevdən, Mingəçevir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə gündən-günə gözəlləşən, qüdrətlənən, güclənən Azərbaycanımızla qurur duyuram. Bu danılmaz bir reallıqdır ki, Azərbaycanımızın ümummilli liderimiz Heydər Əliyev ilə başlayan qurtuluşu çiçəklənmə və yüksəlişə doğru irəliləyir. Ölkəmiz Sizin rəhbərliyinizlə bu yüksəlişə davam edir və daha da güclənir, daha da qüdrətlənir, daha da çiçəklənir. Bütün xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir. Dünyamızda tüğyan edən bu virusla bağlı gördüyünüz işlər bir daha göstərdi ki, Siz xalqımız üçün necə böyük fədakarlıq göstərir, necə böyük işlər görürsünüz. Pandemiya dövründə Sizin rəhbərliyinizlə görülən işlər bir daha göstərdi ki, Azərbaycanın layiqli, böyük ürəyə malik, xalqını düşünən Lideri var. Mən Sizə böyük minnətdarlığımı bildirir, uzun və xoşbəxt ömür arzulayıram”.

Talverdi Əhmədovdan, Lənkəran, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Hazırda dünyanı cənginə almış koronavirusla mübarizədə aparıcı dövlətlərin belə çətinliklə üzləşdiyi halda, Sizin uğurlu siyasətiniz və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə yayılmasının qarşısı alındı. İnanırıq ki, bu çətin dövrdən də üzüağ çıxacağıq.

Cənab Prezident, bundan sonra da görüləcək işlərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi və xalqımızı qorusun. Biz də kollektivimizlə birlikdə Sizin apardığınız siyasəti dəstəkləyirik və Sizinlə fəxr edirik”.

Röyalə Babazadədən, Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvacibləri əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. "Biz birlikdə güclüyük!" deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Bəylər Əzimovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz zəngin siyasi təcrübəniz və yüksək idarəçilik istedadınızla həyatınızı həmişə dövlətimizə xidmət etməyə həsr etmisiniz. Ölkəmizin beynəlxalq nüfuzunun artması, siyasi kursunuzun xalq tərəfindən dəstəklənməsi buna əyani sübutdur. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə milli strategiya planınız uğurla davam etdirilir. Təbii ki, bunların hər biri vətəndaşın rahat yaşamasına və bürokratik əngəllərin aradan qaldırılmasına geniş töhfə verir. Gənc peşəkar kadrları vəzifələrə təyin etməyiniz ölkəmizdə çevik idarəçilik mühiti formalaşdırır. Rəhbərliyinizlə aparılan kadr islahatları ölkənin dayanıqlı inkişafının təmin edilməsinə hesablanmışdır.

Korrupsiyaya qarşı qətiyyətli mübarizədə prinsipial mövqeyinizi ortaya qoymanız vətəndaş-məmur münasibətlərinin sağlam və adekvat inkişafına zəmin yaradır. Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların mühüm dövlət postlarına rəhbər gətirilməsi ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu zəngin təcrübənin nəticəsidir. Dövlətimizin etibarlı əllərə verilməsi üçün layiqli kadrlar irəli çəkilir. Bu da öz növbəsində vətəndaşlar tərəfindən böyük alqışla qarşılanır. Sizə möhkəm cansağlığı və ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Aysel Zeynalovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün mayın 18-dir. Bu tarix bizim üçün gözəl diyar Laçınımızın işğalı kimi yadda qalıb. Düz 28 ildir ki, bizim canımızdan bir parça torpaq xain düşmənin tapdağı altındadır. Azərbaycana məxsus torpaqların qaytarılması hər bir azərbaycanlının arzusudur və mən inanıram Siz buna nail olacaqsınız. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Siz Heydər babanın oğlusunuz. Bu artıq çox şey deməkdir. Heydər baba kimi mərd, Vətəninə, xalqına sadiq, zirvələri fəth etmiş Lidersiniz. Mən Sizinlə fəxr edirəm, əziz Prezidentimiz. Mən bütün qəlbimlə əminəm ki, istər hərbi yolla, istərsə də diplomatik qaydada Qarabağımızı qaytaracaqsınız. Siz Soçidə çıxışınızda çox gözəl bir cümlə dediniz: “Qarabağ Azərbaycandır”. Bəli, Qarabağ Azərbaycandır, Azərbaycanındır. Yaxşı ki, varsınız, əziz Prezidentim. Biz Sizinlə güclüyük. Allah Vətən uğrunda şəhid olanlara qəni-qəni rəhmət etsin”.

Firuzə Rəcəbovadan, İstanbul, Türkiyə

“Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.

Əziz Prezidentim, mən Türkiyənin İstanbul universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük. Biz Sizinlə güclüyük”.

Fərəh Əlizadədən, Sumqayıt, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin, Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik”.

Xanım Məmmədovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, biz bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi olduq.

Əziz Prezidentimiz, ölkəmizdəki sabit ictimai-siyasi vəziyyətin qorunub saxlanılması, vətəndaşların sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir səhiyyə işçisi, bir ana, bir vətəndaş kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə yeni nailiyyətlər arzulayıram”.

S.Xankişiyeva

Paylaş:
1249

Son xəbərlər

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07
Bütün xəbərlər