“Sizin əmrinizlə hər an Vətənimizin ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazırıq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin əmrinizlə hər an Vətənimizin ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazırıq” – Prezidentə məktub

17:26 - 14 / 07 / 2020
“Sizin əmrinizlə hər an Vətənimizin ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazırıq” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Şamil Süleymanlıdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu məktubu Sizə böyük şövq və cəsarət hissi ilə yazıram.

Cənab Ali Baş Komandan, bu gün mənfur düşmənin təxribatının qarşısını güclü Ordumuz qəhrəmancasına almışdır. Bu döyüşlərdə qüvvələrimiz 4 şəhid vermişdir. Ordumuzun bugünkü gücü, qüdrəti dostları sevindirir, düşmənlərə isə dağ çəkir. Bu Ordunun əsas gücü isə Sizsiniz. Bu sevincli günləri bizə bəxş etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bildirmək istəyirəm ki, mən də hər an Vətənimizin ərazi bütövlüyü uğrunda Sizin əmrinizlə canımdan keçməyə hazıram”.

Yasin Cəfərovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu günlərdə Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd yolunun tikintisi üçün vəsait ayrılması barədə Sərəncamınız bizi çox sevindirdi. Buna görə 7 min nəfərdən çox əhalisi olan Avşar kəndinin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Allah Sizi qorusun”.

Elşən Məmmədovdan, Bərdə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının Gənclər Birliyinin sədri olaraq, Bərdə gənclərinin adından və şəxsən öz adımdan Sizi salamlayıram. Bildirmək istəyirəm ki, hər zaman Sizin yanınızdayıq, Sizin siyasətinizi dəstəkləyirik. YAP gəncləri olaraq, Sizin əmrinizi gözləyirik, döyüşə hazırıq. Biz Sizin iradənizə inanırıq. Əmin olun ki, gənclər hər zaman Sizin yanınızdadır və verdiyiniz bütün qərarları dəstəkləyirlər”.

Aqşin Bağırovdan, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlər bütün dünya insanının üz-üzə qaldığı COVID-19 virusundan ölkəmizin və insanlarımızın daha az itikilərlə çıxması üçün həyata keçirdiyiniz uzaqgörən siyasət hər bir azərbaycanlı kimi, mənim də qəlbimi fəxarət hissi ilə doldurur. Dünya dövlətlərinin, böyük qlobal güclərin qarşısında aciz qaldığı pandemiyanın fəsadlarının ölkəmizdə daha da az olması üçün kompleks fəaliyyət lazım olduğunu Siz zamanında hiss etdiniz. Biz bunun uğurlu nəticəsini bugünkü karantin günlərində öz firavan həyatımızda və məişətimizdə hiss edirik. Buna görə Sizə bir Azərbaycan vətəndaşı kimi sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm.

Cənab Prezident, rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, yeni modul tipli xəstəxanaların açılması əhalinin sağlamlığının mühafizəsinin yüksəldilməsi, pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılmasına səbəb olmaqdadır. Sizin rəhbərliyinizlə ölkəmizdə pandemiya ilə mübarizədə ortaya qoyulan uğurlu təcrübə mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir və bir örnək kimi qəbul olunur. Xalqımızın həmrəy mübarizə göstərdiyi bir zamanda əhalinin rifahının yüksəldilməsi üçün verdiyiniz müdrik qərarlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz anlayırıq ki, yalnız Sizin çağırışlarınıza əməl edərək, Sizin ətrafınızda sıx birləşərək bu qlobal təhlükəni önləyə bilərik. Biz birlikdə güclüyük”.

Hakan İspiroğludan, Ağrı, Türkiyə

“Hörmətli cənab Prezident.

Hazırda Türkiyə Respublikasında polis zabiti kimi xidmət edirəm. Alpinistlik və kəşfiyyat sahəsində təcrübələrim va. Ermənistanla Azərbaycan arasında olan münaqişədə bütün qəlbimlə hər zaman Sizlərin yanında, Sizlərlə bərabərəm.

Mən Sizlərlə bərabər türk torpaqlarını mənfur düşmənlərdən qorumaq üçün könüllü kimi hazır olduğumu bildirirəm”.

Yeganə Göyüşlüdən, Qazax, Azərbaycan

“Hörmətli cənab Prezident.

Tarix sübut etmişdir ki, çətin sınaqlardan yalnız çevik, qətiyyətli dövlət xadiminə, siyasi liderə malik dövlətlər uğurla çıxa bilirlər. Dünyanın, o cümlədən Azərbaycanın üzləşdiyi çətin günlər bizim üçün qorxulu deyil. Çünki Sizin kimi çevik və qətiyyətli Liderimiz var.

Pandemiya ilə mübarizə şəraitində yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı böyük işlər görüldü.

Ən əsası, Sizin çağırışınızla dövlət - vətəndaş həmrəyliyinin, birliyinin verdiyi qüruru yaşayırıq. Məhz Sizin sayənizdə tibbi sənaye qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoydu. May ayının 12-də Sumqayıt şəhərində açılışını etdiyiniz tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin fəaliyyətə başlaması həm daxili tələbatımızın, həm də ixrac sənayemizin inkişafına yeni bir töhfə oldu.

Bu günlərdə modul tipli xəstəxananın açılışındakı çıxışınızda Sizin təşəbbüsünüzlə və sədrliyinizlə onlayn formatda keçirilən iki zirvə toplantısı haqqında məlumat verərkən Qoşulmama Hərəkatı və Avropa Ittifaqının ilk dəfə bir araya gəlməsini vurğulayaraq “Azərbaycan dünyanı birləşdirir”- deyə qeyd etdiniz. Əslində bu ənənənin əsası 2008- ci ildən Sizin təşəbbüsünüzlə Azərbaycanda baş tutan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini görüşü ilə qoyulmuş bir sıra tədbirlərlə davam etdirilmişdir. Aprel ayının 10- da dünyada ilk dəfə olaraq onlayn şəkildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünü təşkil etməklə Siz təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qiymətli siyasi Lider olduğunuzu sübut etdiniz.

Cənab Prezident, qətiyyətlə gördüyünüz bütün işlərə, etdiyiniz fədakarlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm, Allahdan Sizə cansağlığı, tükənməz güc və hərtərəfli mübarizənizdə müvəffəqiyyət arzu edirəm. Sizi əmin edirəm ki, Qazaxın ziyalı, mübariz, əqidəli qadınları dövlətçilik prinsiplərinə həmişə sadiqdirlər, bu yolda daim Sizin və Mehriban xanımın yanındadırlar”.

Əvəz Nəbizadədən, Naftalan, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

Biz həmişə inanmışıq, indi də inanırıq ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və digər torpaqlarımız Sizin rəhbərliyiniz, apardığınız daxili və xarici siyasət, Ordumuzun gücü sayəsində yaxın gələcəkdə azad olunacaq. İnşallah, Azərbaycan bayrağı Xankəndimizdə, Şuşamızda dalğalanacaq.

Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Yaşımızın 50-ni haqlamasına baxmayaraq, Qarabağımızı erməni işğalçılarından təmizləməyə, tarixi torpağımız olan İrəvanı da azad etməyə yetəcək qədər enerjimiz var.

Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız”.

Hicran Məmmədova və Rəna Əliyevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin hər çıxışınızı, ölkəmiz üçün etdiyiniz yenilikləri, qarşılaşdığımız çətinlikləri dəf etmək üçün gördüyünüz uzaqgörən tədbirləri, bir sözlə, ölkəsi üçün əlindən gələni əsirgəməyən dövlət başçımızı izlədikcə, düşünürəm ki, biz vətəndaşlar Sizə nə qədər təşəkkür etsək, azdır.

Sayənizdə Azərbaycanımız hər gün gözəlləşir, müasirləşir. Uşaqlarımızın yaxşı təhsil ala bilməsi üçün il ərzində neçə-neçə məktəblər, müasir tələblərə imkan verən xəstəxanalar tikilib istifadəyə verilir. Yeni iş yerləri açılır. Təbii ki, bütün bunlar ölkəmizin gələcəyi üçün savadlı, sağlam və işgüzar kadrların yetişməsinə verdiyiniz töhfədir.

Ölkəmizdə yayılmış COVID-19 pandemiyasının ilk gündən qarşısını almaq üçün görülən tədbirlərin məhz Sizin tapşırıqlarınız əsasında uğurla həyata keçirildiyinin şahidi oluruq. İnanırıq ki, bu tədbirlər nəticəsində aylardır mübarizə apardığımız virus ölkəmizdən tamamilə yox olacaq.

Allahdan Sizə möhkəm cansağlığı arzu edir, işlərinizdə yeni müvəffəqiyyətlər arzu edirəm. Biz Sizinlə qürur duyuruq”.

Tamerlan Qurbanovdan, Siyəzən, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu xain hücuma ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur etmişdir. Düşmənin bu təxribatı bir daha onların işğalçı siyasətini və Azərbaycan ordusunun isə düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu sübut etdi.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış yüksək islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan Respublikası vətandaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikası vətəndaşı və ehtiyatda olan əsgər kimi Sizin müvafiq göstərişinizlə hər zaman əldə silah Vətənin müdafiəsinə hazıram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
542

Son xəbərlər

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55
Bütün xəbərlər