Son bir həftənin əhəmiyyətli məqamları - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Son bir həftənin əhəmiyyətli məqamları - TƏHLİL

10:32 - 26 / 01 / 2021
Son bir həftənin əhəmiyyətli məqamları - TƏHLİL

Son bir həftə də yenə bir neçə xüsusi məqamı ilə yadda qaldı, diqqət cəlb etdi.
***
Birinci məqam-Prezident Fərmanı.

Hər kəsə məlumdur ki, tarixi 44 günlük Zəfərdən sonra Azərbaycanına, insanına, ruhuna qovuşmuş Qarabağımızın bərpası, yenidən əvvəlki vəziyyətinə qaytarılması, dirçəldilməsi yolunda Müzəffər Ali Baş Komandanın tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılmağa başlanılmışdır…

Bu addımlar sırasında “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını, icra hakimiyyətlərində Şəhid ailələri və Qazilərlə bağlı müvafiq şöbənin təşkil edilməsinin nəzərdə tutulmasını, Füzuli-Şuşa yolunun çəkilməsini, Füzuli aeroportunun təməlinin atılmasını xüsusilə qeyd etmək lazımdır.
Artıq bu sıraya daha bir yenisi əlavə olunmuşdur. Bu da ölkə Prezidentinin bu ilin yanvarın 21-də imzaladağı Fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi məsələsidir.

Həmin Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi nəzərdə tutulur. Həmçinin, Fərmanla müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edəcəklər.

Eyni zamanda, xüsusi nümayəndələr Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcəklər.

Bəli, bunun özü Zəfərimizə növbəti Zəfər, Uğurumuza daha bir Uğur qatılması istiqamətində atlan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bunun özü Qarabağımıza bir daha övlad yanğısı, sevgisi ilə sarılmağımızın, ona əvvəlkindən də daha çox sahiblənməyimizin təcəssümüdür, təntənəsidir.
Bu, bir daha Qarabağ bizimdir, heç zaman bizim olmadığı qədər bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır deməyimizin, onu bir daha təsdiqləməyimizin ifadəsidir.

Bəli, son Fərman Qarabağımızın bərpası, dirçəldilməsi, onun idarəetməsinin, idarəçiliyinin daha yüksək səviyyədə təmin və təşkil edilməsi baxımından çox önəmli və əhəmiyyətlidir.

Bunun müsbət töhfələri mütləqdir, qaçılmazdır və çox da zaman tələb etməyəcək!

***

İkinci məqam-Qardaşları bir daha dostlaşdıran “Dostluq” layihəsi.

Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə etdiyi gündən bütün ölkələrlə, xüsusilə qonşu, yaxın, dost, qardaş ölkələrlə sıx əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə üstünlük verib.

Hər zaman bu istiqamətdə də səmimi niyyətlərini və addımlarını ortaya qoyub.

Ancaq çox təəssüflər olsun ki, bəzən bizdən asılı olmayan səbəblərdən, bəzi ölkələrlə münasibətlərdə bir müddət bir qədər sərinlik, soyuqluq yaşanıb.
Belə ölkələrdən biri də Xəzərin o tayında olan qardaş və dost Türkmənistan idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-93- cü illərdən Xəzər dənizi ilə bağlı Türkmənistanın keçmiş rəhbərliyinin əsassız iddiaları üzündən ölkələrimiz arasında arzulamadığımız gərginlik, soyuqluq yaşanmış və son illərimizə qədər də davam etmişdi.

Daha doğrusu, bu soyuqluq tarixi 2018-ci il Aktau anlaşmasına, Konvensiyasına qədər çəkmişdi.

Aktauda 5 Xəzəryanı dövlət başçısının birgə Bəyannaməni, tarixi Konvensiyanı imzalamasından, xüsusilə, ölkə Prezidentinin həmin ilin payızında qardaş Türkmənistana tarixi səfərindən sonra iki ölkə arasında münasibətlərdəki soyuqluq aradan qalxmağa, buzlar əriməyə başlamışdı. Və bu ilin yanvarın 21-də imzalanmış Memorandumla bütün soyuqluqların, gərginliklərin, problemlərin üzərindən necə deyələr, xətt, “süngər” çəkilmiş oldu.

Belə ki, həmin gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi.

Görüşün yekunu olaraq isə tarixi anlaşma-imzalanma mərasimi baş tutdu, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Bu, çox böyük tarixi hadisədir, uğur və nailiyyətdir.

Bu, 44 günlük Zəfərin davamıdır, bu, daha bir Qələbə müjdəmizdir.

Bu Qələbənin həm də iki Qalibi var, burada uduzan yoxdur, burada yalnız və yalnız Qazanan var.

Qalib də, Qazanan da iki qardaş və dost-Azərbaycan və Türkmən xalqları, Azərbaycan və Türkmənistan dövlətləridir.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir, Xəzər ölkələrimiz arasında təbii sərhəd olmasına baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.

Bəli, qeyd olunduğu kimi, Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir.

Belə ki, bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik.

Bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır.

Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq. Onlar bu ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil.

Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır.

Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik.

Prezidentimizin də bəyan etdiyi kimi, beləliklə, biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

Addımlarınız, qədəmləriniz mübarək olsun!

Yaşasın, Azərbaycan-Türkmən dostluq və qardaşlığı, yaşasın, Azərbaycan-Türkmənistan dostluq, qardaşlıq və “Dostluğ”u!

***

Üçüncü məqam-şəhidlərimizə, qazilərimizə daha bir dövlət qayğısı, diqqəti.

Ölkə Prezidenti, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə də daim şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, əlilləri və qazilərinə diqqət, qayğı bir saylı prioritetlərdən olub.

İstər ölkə Prezidenti, istərsə də, onun ən yaxın, ən sadiq silahdaşı-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ savaşı əlillərinə, qazilərinə, veteranlarına xüsusi münasibətləri, həssaslıqları və sevgiləri ilə seçiliblər, daim onların yanlarında olunlar.
Elə son zamanlarda yaradılan YAŞAT Fondu bu diqqət və qayğının, bu həssas münasibətin əyani nümunəsidir.

Bu istiqamətdə daha bir addım kimi, bu gün, 25 yanvar tarixində ölkə Prezidenti tərəfindən imzalanan növbəti Sərəncamı göstərmək olar.

Belə ki, ölkə Prezidenti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb ki, burada da Vətən müharibəsi əlilləri və şəhid ailələrinin 5 il ərzində mərhələlərlə mənzillərlə təmin olunması nəzərdə tutulur.

Ümumiyyətlə, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılır: 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə qeydə alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş , yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

Sərəncamla yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamda göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Bəli, bunun özü də daha bir diqqət və daha bir qayğı nümunəsidir.

Ötən illər ərzində yüzlərlə, minlərlə Şəhid ailəsi, Qarabağ əlili, veteranı və qazisi evlərlə, mənzillərlə təmin olunublar, həmin mənzillərin açılış mərasimləri keçirilib və bir neçəsində də şəxsən ölkə rəhbəri və Birinci xanım iştirak edib, öz xeyir-dualarını veriblər.

Bu dəfəki Sərəncamla da bir daha Şəhid ailələri və İkinci Vətən müharibəsi əlillərinin, qazilərinin mənzillərlə təmin olunması nəzərdə tutulur ki, bu da qəhrəman Vətən övladlarının kimdənsə, kimlərdənsə asılı olmaması, dövlətin himayəsi, nəzarəti və qanadı altında olması deməkdir.

Əsl dövlət və dövlətçilik nümunəsidir bu.

Dövlətə və dövlətimizə də yaraşan budur, onu güclü edən də elə budur - öz vətəndaşına, öz insanına, baş tacı olan övladlarına sonuna qədər sahiblənmək, onları öz əzəmətli qanadları altına toplamaq! Var olsun, yaşasın, belə dövlət!

Jalə Əliyeva

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini,

filologiya elmləri doktoru, professor

Paylaş:
603

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər