1news.az

“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır - FOTO

14 May saat 14:17 ~ 1 dəqiqəlik oxu 899
“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır - FOTO

Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb. 

1news.az xəbər verir ki, bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.
Parkın birinci hissəsi bu ilin may ayının sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək.

Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası "Sovetski”nin yerində salınan böyük parklardan biridir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net