Strasburqda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən bəhs edən tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Strasburqda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən bəhs edən tədbir keçirilib – FOTO

10:18 - 27 / 06 / 2019
Strasburqda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən bəhs edən tədbir keçirilib – FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari yay yarım-sessiyası çərçivəsində 2019-cu il iyunun 25-də "İki nəfər Azərbaycanlı mülki şəxsin humanitar işi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin dəstəyi ilə baş tutmuş bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış etmiş Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanlı girovların məsələsini ötən 5 il ərzində istər AŞPA-da, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində qaldırdıqları barədə məlumat verib. O, əlaqədar təşkilatların doğru yanaşma sərgiləmədiklərini və ikili standartlardan çıxış etdiklərini qeyd edib. Səməd Seyidov AŞPA çərçivəsində yazılı bəyanat yayacaqlarını bildirərək, insan hüquqları və demokratik dəyərlərə hörmətlə yanaşan hər bir deputatı bu yazılı bəyanata qoşulmağa dəvət edib.

Tədbirə moderatorluq edən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva tədbir və onun təşkil edilməsində əsas məqsəd barədə söz açaraq, işğal edilmiş Azərbaycan torpaqlarında valideyn və qohumlarının qəbirlərini ziyarət edərkən, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin acı taleyinə diqqət çəkib və humanist məqsədlərlə onların pozulmuş hüquqlarının bərpasına nail olmağın vacibliyini bildirib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasiqəsinin acı nəticələri, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Bu qrup insanların sosial vəziyyəti və mənzil şəraitinin yaxşılaşdırılması istiaqmətində Azərbaycan hökuməti tərəfindən görülmüş geniş miqyaslı işlər barədə məlumat verib. O, Azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaq arzusunu vurğulamaqla, beynəlxalq ictimaiyyəti, o cümlədən AŞPA-nı soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində təsirli addımlar atmağa çağırıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək, Azərbaycanlı mülki şəxslərin İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan bütün hüquqlarının pozulduğunu bəyan edib. Girovluqdan öncə və sonra çəkilmiş şəkillərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qoyulduqlarını açıqlığı ilə göstərdiyini qeyd edən Ç.Əsgərov müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası institularının adekvat reaksiya verməməsinin dərin narahatlıq doğurduğunu ifadə edib. O, həmçinin Azərbaycan tərəfinin "hamının hamıya" prinsipi əsasında bütün girovların dəyişdirilməsi təklifinin Ermənistan tərəfindən qəbul edilməməsini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Dialoq və İnkişaf Alyansının (IDDA) rəhbəri Nüşabə Məmmədova təmsil etdiyi qurum, xüsusilə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı görülmüş işlər barədə məlumat verib. O, bu günahsız insanların səhhətində ciddi problemlər yarandığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti onların acı taleyinə biganə qalmamağa çağırıb.

Tədbirdə həmçinin Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çıxış edib. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanladıqları, lakin prosesin artıq bir neçə ildir uzandığını bildirib. K.Əsgərov atasının səhhətində girovluqda olduğu müddətdə yaranmış kəskin problemlərin onun ailəsində ciddi narahatlıq doğurduğunu qeyd edərək, Avropa Məhkəməsini təcili şəkildə ədalətli qərar çıxarmağa çağırıb. O, eyni zamanda atasından artıq 1 il 8 aydır xəbər almadıqlarını açıqlayaraq, beynəlxalq ictiamiyyəti atasının azad edilməsi üçün təcili tədbirlər görməyə səsləyib.

Tədbirdə eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələrindən bəhs edən video-çarx nümayiş etdirilib və iştirakçılarla fikir mübadiləsi aparılıb.

Toplantıya yekun vuran Səməd Seyidov təşkilatın təsis edilməsinin 70 illiyinin qeyd edildiyi bir vaxtda Avropa Şurası məkanında girov götürmüş mülki şəxslərin vəziyyətindən danışmağın təəssüf doğurduğunu bildirib. O, Azərbaycanlı girovların azad olunması üçün bütün səylərin səfərbər olunmasına dair çağırış edib.

S.Xankişiyeva

 

Paylaş:
672

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər