TƏBİB-in işçi qrupunun rəhbəri: “Koronavirusla bağlı vəziyyət kritikdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in işçi qrupunun rəhbəri: “Koronavirusla bağlı vəziyyət kritikdir”

17:17 - 23 / 10 / 2020
TƏBİB-in işçi qrupunun rəhbəri: “Koronavirusla bağlı vəziyyət kritikdir”

“Koronavirusla bağlı vəziyyət hazırda kritikdir, ağırdır”. 

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir: “Təbii ki, bu, bizi narahat edir. Biz ona görə hər zaman insanlara xəbərdarlıq edirdik ki, mövcud vəziyyət daha da ağır ola bilər. Amma daha diqqətli olmaq yerinə ciddi nizam-intizam yoxdur. İnsanların bu tələbləri yerinə yetirməyini sadəcə onların məsuliyyətinə buraxmaq olmaz, eyni zamanda bunun üçün ciddi nizam-intizam, nəzarət olmalıdır. Düşünürəm ki, mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”.

V.Əliyev deyib ki, Azərbaycan hazırda müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib: “Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil. Bu baxımdan kütləvi toplanmalar olur. Amma qapalı məkanlarda maska taxılmalıdır. Cəbhədən qələbə xəbərləri gələndən sonra bəzən insanlar bir yerə toplaşır, bu sevinc anlaşılandır, ancaq digər düşməni, koronavirusu bu vəziyyətdə unuduruq və öz ətrafımıza buraxırıq. Bu baxımdan tövsiyə edirəm ki, kütləvi toplanma qətiyyən olmamalıdır, yaxşı olar ki, qələbə xəbərlərini hələ ki, hamı öz evində qeyd eləsin”.

İşçi qrupunun rəhbəri qeyd edib ki, mülki insanların koronavirusa yoluxması eyni zamanda ölkə daxilində əsgər və zabitlərin də yoluxmasına səbəb ola bilər: “İnsanlar düşünməsinlər ki, ehtiyatsızlıq edərək təkcə özlərini riskə atırlar. Eyni zamanda əsgər və zabit heyətimizi, Ordumuzu da riskə atmış olurlar. İnsanlar indiki vəziyyətdə Ordumuzun da sağlamlığını düşünməlidilər. Bu vəziyyət həkimləri də riskə atır. Çünki bildiyiniz kimi, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar. İndiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər. Düşünün ki, bu vəziyyətdə həkim olmasa, hansı vəziyyət olar. 

Ona görə də insanlar qaydalara əməl etməklə həm özlərini, həm həkimlərimizi, həm də Ordumuzu qorumuş olarlar. Hazırda cəbhədə yaralanan əsgərlərə baxan həkimlərin vaxtını əlavə olaraq koronaviruslu xəstələrə baxmaqla almaq olmaz. Bu, həkimlərin vaxtını, keyfiyyətini almaqla yanaşı, əlavə olaraq xəstəxanalarda çarpayı əskikliyinə səbəb ola bilər. Mövcud durum eyni zamanda dövlətin iqtisadiyyatına zərərdir, ölkə daxilində bütün insanların yoluxmasına səbəb olur. Bütün bunlar da nəticədə böyük problemlərə səbəb ola bilər”.

1news.az

Paylaş:
329

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər