TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

11:40 - 19 / 01 / 2021
TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.

TƏBİB-dən Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb.

“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” - deyə sorğunun cavabında bildirilir.

TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxsi hiss edir: "Heç bir problem yoxdur".

1news.az

Paylaş:
584

Son xəbərlər

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50
Bütün xəbərlər