Tural Gəncəliyev: Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq

17:23 - 22 / 05 / 2020
Tural Gəncəliyev: Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.

İcmadan 1news.az-a daxil olan açıqlamada deyilir:

"Dünən – 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin etdiyi qondarma “prezident” üçün, qondarma “andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, "Azərbaycan" kinoteatrının binasında təşkil edildi.

Bütün addımlar – qondarma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

Hətta dünən təşkil edilən “tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.

Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə.

Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xətdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir”.

S.Xankişiyeva

 

Paylaş:
677

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər