Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr - TOP 7 | 1news.az | Xəbərlər
Dünya

Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr - TOP 7

16:58 - 27 / 02 / 2020
Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr - TOP 7

"Express" nəşri koronavirus epidemiyasının tüğyan etdiyi bir dövrdə turistlər üçün ən təhlükəli olan ölkələrin siyahısını dərc edib.

1news.az APA-ya istinadən xəbər verir ki, koronavirusa yoluxma riskinin ən yüksək olduğu ölkələr sırasında ilk yeri Çin tutur. Məlum olduğu kimi, sözügedən virusa ilk yoluxma faktı məhz bu ölkədə - Uhan şəhərində qeydə alınıb.

Çindən sonra siyahıda Sinqapur qərarlaşıb. Belə ki, bu ölkədə koronavirusa 90 nəfər yoluxub. Onlardan 53-ün sağalmasına baxmayaraq, ekspertlər turistlərə Sinqapura getməməyi tövsiyə edir. Eyni zamanda, Küveyt virusun yayılmasının qarşısını almaq məqsədilə Sinqapur və Yaponiya ilə hava əlaqəsini dayandırıb.

Siyahıda yer almış növbəti ölkə məhz Yaponiyadır. Virusa yoluxanların əksəriyyəti Tokio şəhərindədir. Fevralın 24-də bu ölkədə virusa yoluxanların sayı 850 nəfərə çatıb.

Mütəxəssislər həmçinin Tailanda da səfər etməməyi məsləhət görür. Bu ölkədə 37 virusa yoluxma faktı qeydə alınıb ki, onlardan 22-si artıq müalicə olunub.

Cənubi Koreya da siyahıda yer almış ölkələrdəndir. Burada koronavirusa 1 146 nəfər yoluxub, onlardan 22-si sağalıb, 7-si isə ölüb. Ölənlər arasında hərbçilər də var. Bu səbəbdən ölkə hökuməti onları karantinə götürüb.

Malayziya hökuməti ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni edir. Ölkəyə daxil olan turistlərin yoxlanılması gücləndirilib. Bu ölkədə 21 nəfər virusa yoluxub.

Siyahıda İtaliya da yer alıb. Bu ölkə sözügedən virusun Avropada episentrinə çevrilib. İtaliyada artıq 11 nəfər koronavirusdan vəfat edib. Qeyd olunur ki, bir çox avropalı turist məhz İtaliyanı ziyarət etdiyindən sonra bu virusa yoluxub.

Qeyd edək ki, təhlükəli ölkələr sırasında, həmçinin Polşa və Türkiyə də yer alıb.

1news.az

Paylaş:
516

Son xəbərlər

6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38
Bütün xəbərlər