Türkiyə Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb

12:16 - 21 / 11 / 2019
Türkiyə Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb

Ankara səfəri çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünalla görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olundub. Nazir müavini bildirib ki, bu münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkiyənin  Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O da çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. BMTM sədri Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən ötən ay imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.

S.Xankişiyeva

 

 

Paylaş:
453

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər