1news.az

Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür

15 İyul saat 09:33 ~ 1 dəqiqəlik oxu 269
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür

15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.

Demokratiya və Milli Birlik Günü ölkənin hər yerində, o cümlədən ölkə xaricində, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərində qeyd olunur.

Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra FETÖ terror təşkilatına qarşı başladığı anti-terror əməliyyatlarını davam etdirir. İllərdən bəri Silahlı Qüvvələrdə, hüquq-mühafizə, o cümlədən məhkəmə orqanlarında, ayrı-ayrı hökumət strukturlarında köklənən FETÖ-çuların təmizlənməsi prosesi hələ də başa çatmayıb. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilənlər arasında minlərlə şəxsə məhkəmə hökmü oxunub.

AZƏRTAC

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Türkiyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net