1news.az

Tusk: İrəvan və Bakı danışıqlar və sülh mühitini bərpa etməlidir

10 İyul saat 13:08 ~ 1 dəqiqəlik oxu 238
Tusk: İrəvan və Bakı danışıqlar və sülh mühitini bərpa etməlidir

Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının əsas prinsiplərinə uyğun uzunmüddətli bir həll yoluna istiqamətlənmiş səylərini dəstəkləməyə davam edəcəkdir.

1news.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra  bəyan edib.

"Avropa İttifaqı regionda sülhün yaradılmasına kömək edir və xalqları sülhə hazırlamaq üçün tədbirləri təşviq etməyə hazırdır", - Tusk deyib.

O qeyd edib ki, Aİ ATƏT-in Minsk qrupunun bu yaxınlarda həyatını itirmiş insanlarla və eskalasiya ilə bağlı narahatlıqlarını bölüşür.

"Tərəflər təmkin nümayiş etdirməli, danışıqlar və sülh mühitini bərpa etmək üçün addımlar atmalıdırlar. Münaqişənin heç bir hərbi həll yolu yoxdur, beynəlxalq prinsiplərə və hüquqa uyğun bir siyasi həll lazımdır", - Tusk əlavə edib.

P.S.

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net