Ukraynanın məşhur marketoloqu Bakını ziyarət edəcək – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynanın məşhur marketoloqu Bakını ziyarət edəcək – VİDEO

10:30 - 19 / 10 / 2018
Ukraynanın məşhur marketoloqu Bakını ziyarət edəcək – VİDEO

Öz məhsulunu və ya xidmətini bazara çıxaran demək olar ki, hər bir istehsalçı özünə bu sualı verir – “İstehlakçının diqqətini necə cəlb etmək olar?”

Azərbaycan bazarı artıq aqressiv reklam, PR fəaliyyətinə ayrılan böyük büdcələr, müştərilər ilə yerində iş kimi hallara öyrəşıb. Buna baxmayaraq, ümumilikdə keyfiyyətli olan məhsulun reklam və təşviqə sərf edilmiş bütün səylərə rəğmən istehlakçı sadiqliyi baxımından oxşar, bəzən isə daha aşağı keyfiyyətli məhsul və xidmətlərə uduzması hallarının sayı azalmır. Bununla belə, bu və ya digər brendlərin parlaq yüksəlişi və fantastik populyarlıq hekayələri, etdikləri bütün cəhdlərə və göstərdikləri bütün səylərə baxmayaraq bu cür uğur qazana bilməmiş biznesmenləri narahat etməyə davam edir.

Bəs məsələ nədən ibarətdir? İstehlakçıya məhsulunuzun daha üstün olduğuna necə inandırmaq olar? Brendin fəlsəfəsi nəyə əsaslanmalıdır? Və səriştəli cavab almaq üçün bütün bu suallar kimə ünvanlanmalıdır? Bu suallar heç də mənasız suallar deyil. Belə ki, Bakıda həmin suallara praktiki nümunələrə əsaslanan səriştəli cavablar almaq üçün kifayət qədər unikal bir imkan yaranıb.

29 noyabr tarixində “Boulevard Hotel Baku” mehmanxanasında “FEDORIV” müstəqil yaradıcı şirkətinin sahibi və təsisçisi Andrey Fedoriv tərəfindən brendlərə və yeniliklərə həsr olunmuş “BRANDFATHER” təlim seminarı keçiriləcək.

“Tədbirin iştirakçılarına müəllif üsulu təklif olunacaq. Bu metodologiya biznesmenlər, şirkət rəhbərləri və startap sahibləri, bir sözlə, brendi əlinə alaraq onun “atası” olmaq istəyən bütün şəxslər üçün üçün faydalı olacaq. Bakıdakı seminar özündə Berlin, Kiyev, Almatı, Bakı və London kimi şəhərləri ehtiva edən beynəlxalq turne çərçivəsində keçiriləcək”, – deyə Andrey Fedoriv bildirib.

Sahibkarlıqdan kənar şəxslər belə anlayırlar ki, güclü brend biznesin müvəffəqiyyətli olmasını təmin edir. Və güclü brendə həm iri, həm də kiçik şirkətlər, habelə müstəqil ekspertlər və qeyri-kommersiya təşkilatları ehtiyac duyur. Gəlin Ukrayna, Qazaxıstan, Azərbaycan, Rusiya, eləcə də Avropa Birliyi ölkələri və ABŞ-da yüzlərlə uğurlu brendin inkişafında 20 illik təcrübəyə malik Andrey Fedorivin metodologiyasının bəzi postulatlarını üzə çıxaraq.

Uğurlu brendin yaradılması iki istiqamətdə işləmək qabiliyyətini tələb edir. Bu istiqamətlərdən birincisi ağlabatan və adekvat, şirkətlər isə burada əsasən müvəffəq olsa da, ikinci istiqamət istehlakçının emosiyaları və duyğularına əsaslanır. Hər iki istiqamətdə bərabər dərəcədə müvəffəqiyyətli olmaq çox vacibdir. Yekun qərarda istehlakçının əqli və duyğusal münasibətinin birləşdirilməsi – brendinq incəsənəti məhz bundan ibarətdir. Yüksək keyfiyyətli məhsul və ya xidmət hazırlayıb əsas istehlakçı kütləsinin nəzərindən kənarda qalmaq da olar, məhsulu düzgün brend ilə əhatə edərək həmişəlik müştərinin qəlbində qalmaq da.  

Qeyd etmək lazımdır ki, Andrey Fedorivin köməyi ilə dünyanın müxtəlif hissələrindəki yüzlərlə brend qlobal olmağı bacarıb. “FEDORIV” beynəlxalq yaradıcı şirkətinin təsisçisi olan ekspert, uğurlu sahibkar kimi tanınır. Almaniya, ABŞ, Norveç, İsveçrə, Səudiyyə Ərəbistanı və Sinqapur da daxil olmaqla, 15-dən çox ölkədə fəaliyyət göstərən biznes nümayəndələri ilə işləyən şirkət üç ədəd Red Dot Awards mükafatı, FWA mükafatı, awwwards və iF Design mükafatı ilə təltif olunub.  

Marketinq kurslarının, eləcə də sahibkarlığın təbliğatına həsr olunmuş “FEDORIV VLOG” YouTube vloqunun müəllifi olan Andrey Fedoriv biznes təlimçisı kimi də kifayət qədər ciddi uğurlar qazanıb.

Marketinq tədbirində iştirak edərək hər kəs özü üçün biznesin idarə edilməsi üzrə əsas alətləri müəyyən edə, eləcə də brend yaratmağı və onları biznesin inkişafı baxımından güclü alətə çevirməyi, bu cür məqsədlərə məhdud büdcə və qısa müddət çərçivəsində nail olmağı öyrənə biləcəksiniz.

Biznes rəhbərləri marketinq şöbələrinin və reklam agentliklərinin işinə nəzarət etməyi və brendlər ilə iş zamanı başqa insanların səhvi ucbatından pul itirməməyi öyrənə biləcəklər. Seminar qida məhsulları, elektron ticarət, pərakəndə satış, daşınmaz əmlak, bank işi və B2B sahələrində uğurlu brend inkişafı nümunələri ilə tanış olmaq imkanı yaradacaq.

Tədbir, 29 noyabr tarixində aşağıdakı ünvanda yerləşən “Boulevard Hotel Baku” mehmanxanasında (Tağıyev zalında) keçiriləcək: Bakı şəhəri, Xəqani Rüstəmov küç. 4C.

İştirak və ödəniş ilə bağlı sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Seminar ilə bağlı ətraflı məlumat əldə etmək üçün http://events.fedoriv.com/baku ünvanına müraciət edin.

Reklam hüququnda

 

 

Paylaş:
526

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər