“Ulu Öndərin başlatdığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Ulu Öndərin başlatdığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi” – Prezidentə yazırlar

16:01 - 15 / 07 / 2020
“Ulu Öndərin başlatdığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Ələkbər Mirzəyevdən, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Hər bir ölkənin gücünün əsas göstəricilərindən biri də onun vahid milli orduya malik olmasıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilkin dövrlərdə rəhbərlikdə səriştəsiz insanların olması bunu ləngitsə də, ilk öncə Ulu Öndərin başlatdığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi.

Buna sübut olaraq 2016-cı ilin aprel ayında hərb tariximizə “Aprel döyüşləri” kimi düşən şanlı qələbəmizi göstərə bilərik. Bu azğın düşmən qarşısında ilk qələbəmiz olmasa da, müasir ordu quruculuğunun yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Bu gün hər bir Azərbaycan gənci öz ordusunda xidmət keçməkdən qürur duyur. Düşmən tərəfindən törədilən növbəti təxribat ordumuzun qəhrəman hərbçiləri tərəfindən dəf edilmişdir. Əgər ehtiyac duyularsa biz-YAP Yasamal rayon Təşkilatının gənc üzvləri də Sizin bir əmrinizlə bu döyüşlərdə iştirak etməyə hazırıq. Hər birimiz Sizin möhkəm iradənizə inanır, daim tapşırıq və əmrlərinizi gözləyirik”.

Turan İskəndərovadan, Şabran, Azərbaycan

“Hörmətli cənab Prezident.

1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq, gələcək nəsillərə çatdırmaq, Azərbaycanı müstəqil, suveren bir ölkə kimi dünyaya tanıtmaq üçün xarici və daxili təhlükələrdən xilas etdi. Ulu Öndərin siyasətini layiqincə davam etdirdiyiniz üçün bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri qarşısında öz sözünü deyə biləcək gücə sahib bir ölkədir. Ordumuz bu gün Sizin qayğınız sayəsində dünyanın ən güclü orduları sırasındadır. Xüsusilə bu günlərdə mənfur erməni qəsbkarları ordumuzun mövqelərini atəşə tutması nəticəsində atəşkəs rejimi yenidən pozulmuşdur. Hər zaman olduğu kimi onlara layiqincə cavab verilməsi, ermənilərin çoxsaylı itkilər verməsi ordumuzun gücündən xəbər verir. Biz çox yaxın gələcəkdə işğal altında torpaqlarımıza Sizin rəhbərliyinizlə geri dönəcəyik. Şəhidlərimizin qanının yerdə qalmayacağına əminik. Çünki Sizin kimi başçısı olan ölkə yalnız qalibiyyətə layiqdir. Azərbaycan gənci olaraq əminəm ki, Sizin uğurla həyata keçirdiyiniz daxili və xarici siyasət bizim gələcəyimizi daha da parlaq edəcəkdir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan gəncləri həmişə olduğu kimi Sizinlədir və Sizə güvənir”.

Səlimə Məmmədbəyovadan, Bakı, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərmələri hamımızı hiddətləndirdi. Azərbaycan Ordusu Aprel döyüşlərində olduğu kimi bu dəfə də düşməni darmadağın etməklə Ermənistana göz dağı verdi. Görünən odur ki, Ermənistan işğalçılıq və faşizm siyasətindən əl çəkməyəcəyi halda, hələ çox belə məğlubiyyətlər yaşayacaq, saysız-hesabsız itkilər verəcək.

Hörmətli cənab Prezident, Aprel döyüşlərində Daxili İşlər Nazirliyi tərəfindən könüllü olaraq döyüşlərdə iştirak etmək üçün 727-ci sıra sayı ilə qeydiyyatdan keçmişdim. Qadın olmağıma baxmayaraq, yenə də ehtiyatda olan bir əsgər kimi döyüşməyə, torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazıram.

Cənab Ali Baş Komandan, bütün xalqımız kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də Sizin yürütdüyünüz siyasətə tam güvənir, inanır və Sizi dəstəkləyir. Hər birimiz əsgərik”.

Fazil Səfixanovdan, Gəncə, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sərhədlərimizdə təxribat törədən düşmənə layiqli cavab verildiyinə görə bir vətəndaş kimi Sizə minnətdarlıq bildirirəm. Döyüşlərdə şəhid olanların ailəsinə və xalqımıza başsağlığı və səbr diləyirəm.

Cənab Prezident, bir Vətən oğlu kimi hər bir çağırışınıza, əmrinizə canla-başla itaət edəcək, qəhrəmanlıqla döyüşəcəm. Qismətimə şəhidlik zirvəsi düşsə, bilin ki, Vətən qarşısında borcumu verdiyimə görə səadət payımı qazanmışam.

Cənab Prezident, xahiş edirəm, ürəkdən gələn, səmimi sözlərimi qəbul edin. Hər an Sizinləyəm. Əminəm ki, xalqımız Sizinlə qələbə sevincini yaşayacaq.

Var olun”.

Ayxan Nəsiblidən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən 11-ci sinif şagirdiyəm. Sizin çıxışlarınızı daim diqqətlə izləyir, hər kəlmənizə səmimi qəlbdən inanıram.

Sizin hər kəlmənizdən, hər cümlənizdən bəllidir ki, Siz doğma Azərbaycanımızı və xalqımızı çox sevirsiniz. Mən tarixi dərindən öyrənməyə çalışıram. Öyrəndiklərim, tarixi proseslər göstərir ki, Sizin apardığınız siyasət nəticəsində tezliklə işğal altında qalmış bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, Sizin adınız tarixə yazılacaqdır. Mən buna inanıram, cənab Prezident. Biz Sizinlə güclüyük”.

Ələkbər Mirzəyevdən, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Hər bir ölkənin gücünün əsas göstəricilərindən biri də onun vahid milli orduya malik olmasıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilkin dövrlərdə rəhbərlikdə səriştəsiz insanların olması bunu ləngitsə də, ilk öncə Ulu Öndərin başlatdığı ordu quruculuğu daha sonra Sizin rəhbərliyinizlə yeni mərhələdə və keyfiyyətdə davam etdi. Buna sübut olaraq 2016-cı ilin aprel ayında hərb tariximizə “Aprel döyüşləri” kimi düşən şanlı qələbəmizi göstərə bilərik.

Bu azğın düşmən qarşısında ilk qələbəmiz olmasa da, müasir ordu quruculuğunun yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Bu gün hər bir Azərbaycan gənci öz ordusunda xidmət keçməkdən qürur duyur. Düşmən tərəfindən törədilən növbəti təxribat ordumuzun qəhrəman hərbçiləri tərəfindən dəf edilmişdir. Əgər ehtiyac duyularsa biz-YAP Yasamal rayon Təşkilatının gənc üzvləri də Sizin bir əmrinizlə bu döyüşlərdə iştirak etməyə hazırıq. Hər birimiz Sizin möhkəm iradənizə inanır, daim tapşırıq və əmrlərinizi gözləyirik”.

Amin Quliyevdən, Şirvan, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Erməni işğalçılarının yenidən atəşkəsi pozaraq ağır artilleriyadan istifadə etməklə Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd etməsi, döyüş mövqelərimizi atəşə tutmaları hamını hiddətləndirib. Qüdrətli ordumuzun, qəhrəman zabit və əsgərlərimizin sayəsində erməni təxribatının qarşısı yenə də layiqincə alındı, mənfur düşmən üzüqara geri oturduldu.

Cənab Prezident, biz - Şirvan şəhər YAP Gənclər Birliyinin üzvləri olaraq Sizin “irəli” əmrinizi gözləyirik. Sizin yürütdüyünüz siyasətə tam güvənirik, inanırıq və Sizi dəstəkləyirik. Daim Sizin yanınızdayıq. Biz birlikdə güclüyük”.

Namidə Naminidən, Şirvan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Respublikamızda ordu quruculuğu, təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik.

Məhz Sizlərin diqqət və qayğınız sayəsində respublikamızın müxtəlif bölgələrində yerləşən hərbi hissələr əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchis edilir. Əsgərlərin məişət şəraitinin və maddi rifah halının yaxşılaşması hər bir vətəndaşda ruh yüksəkliyi yaradır. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət göz önündədir. Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
307

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər