Umico öz çatdırılma xidməti və təhvil məntəqələri olan Azərbaycanda ən böyük onlayn marketpleysi işə salır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Umico öz çatdırılma xidməti və təhvil məntəqələri olan Azərbaycanda ən böyük onlayn marketpleysi işə salır - FOTO

09:20 - 15 / 01 / 2021
Umico öz çatdırılma xidməti və təhvil məntəqələri olan Azərbaycanda ən böyük onlayn marketpleysi işə salır - FOTO

Azərbaycanda ən populyar keşbek tətbiqi olan Umico-da yeni onlayn alış-veriş xidməti olan Umico Market işə salınıb. 

Umico Market müxtəlif satıcılardan olan məhsulları ünvanınıza və yaxud yaxınlığınızda yerləşən sifarişlərin təhvil məntəqəsinə çatdırılma ilə əldə etmək imkanını verir. Bu xidmət Umico iOSAndroid üçün olan tətbiqlərdə və umico.az saytında mövcuddur. 

Umico Market-də müxtəlif satıcıların çeşidini və qiymətlərini evdən çıxmadan müqayisə etmək olar. Hazırda məişət texnikası, elektronika, kosmetika və parfümeriya kategoriyalarında 20 000-dən çox məhsul mövcuddur, yaxın bir zamanda isə idman üçün məhsullar, ev üçün məhsullar, ana və uşaq məhsulları da mövcud olacaq. Umico Market Azerbaycanda ən geniş çeşidi təqdim etməyə söz verir. Ölkəmizin ən iri riteylerləri Umico Market-in tədarükçüləridir. 

Alınacaq məhsulları seçdiyinizdən sonra, Umico Çağrı mərkəzinin operatoru sifarişi təstiq etmək üçün sizinlə əlaqə saxlayacaq. Çağrı mərkəzi bütün sifariş verdiyiniz məhsulların əldə olub-olmaması haqda məlumat verəcək, ödəmə üsulunu, çatdırılma vaxtını və yerini dəqiqləşdirəcək. Məhz buna görə sifarişinizin ciddi nəzarət altında olmasından əmin ola bilərsiniz. 

Çatdırılmanı Umico Market-in özəl çatdırılma xidməti yerinə yetirir. Çatdırılmanı ya evinizə, ya da artıq Bakı şəhərində mövcud olan sizə uyğun təhvil məntəqələrinin birinə sifariş edə bilərsiniz. 

Umico Market-də aliş-verişlərinizin ödənişini həm bank kartı vasitəsi ilə onlayn, həm təhvil alanda nağd və ya kart vasitəsi ilə edə bilərsiniz. Sifarişlərin ödənişində Visa beynəlxalq ödəniş sisteminin bazasında Umico və Kapital Bank tərəfdaşlığı sayəsində yaradılan BirKart Umico kobrend kartını istifadə etsəniz, əlavə olaraq Umico bonusları ilə əlavə 1,5% keşbek qazanacaqsınız.

Yanvar ayının sonuna kimi Umico Market beta test rejimində işləyir. Bütün bu müddət ərzində sifarişlər pulsuz çatdırılacaq. Yaxın gələcəkdə taksitlə alış-veriş etmək və ödənişi Umico bonusları ilə etmək imkanı mövcud olacaq.

Pandemiya dövründə Umico riteyl şirkətləri əməkdaşlığa dəvət edir. Bu, platformanı və logistika xidmətini istifadə edərək Umico Market-də onlayn satış etmək imkanıdır. Şirkətimizin əməkdaşları sizə inteqrasiya ilə, məhsul çeşidinin sayta yerləşdirilməsi üçün rəqəmsal şəkilə salınmasında və anbarda qalıqların sayını idarə edən sistemin qurulmasında kömək edəcək. Əməkdaşlıq haqqında ətraflı məlumatı umico.az saytında əldə etmək olar. 

Reklam hüququnda

Paylaş:
1743

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər