Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq – FOTO

12:15 - 12 / 02 / 2020
Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq – FOTO

Unibank 11-12 may 2020-ci il tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir.

Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Unibank arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Unibank Paralimpiya Komitəsinin ən yaxın dəstəkçilərindəndir. “2018-ci ildən Unibank hər addımlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının  yanındadır. Bu səmimi dəstəyin nəticəsində, güllə atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda “Unibank”ı yanımızda görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz “Unibank”ın dəstək verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda “Unibank”ı yenə yanımızda görməyə çox şadıq”.

Unibank KB İdarə heyətinin sədri Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan əməkdaşlığı çox yüksək qiymətləndirib: “Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, “Unibank”la Komitə arasında bu gün dostluq, doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük nailiyyətlərə imza atacaqlar. Para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020”  yarışında iştirak edəcək para cüdoçularımıza da böyük uğurlar arzulayırıq”.

Mayda Bakıda keçiriləcək  para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank - hər kəsin bankı!

Reklam hüququnda

 

 

 

 

Paylaş:
672

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər